Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə16/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   12   13   14   15   16   17   18   19   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 16 
1860-cı ildə dördillik cəmi beş qəza məktəbi və üç ibtidai məktəb var idi. Sonrakı illərdə bu 
məktəblərin şəbəkəsi bir qədər genişləndi. Çünki belə məktəblər təkcə şəhərlərdə deyil, bəzi kəndlərdə 
də açılırdı. Şəhərlərdə xüsusi məktəblər - Bakı texniki məktəbi, Gəncə sənət məktəbi və s. kimi 
məktəblər də fəaliyyətə başlayırdı. Bakının neft rayonlarının bəzisində ibtidai məktəblər açılmışdı. 
Bakı və Gəncədə realnı məktəblər fəaliyyət göstərirdi. 1896-cı ildə Bakıda H.Z.Tağıyevin açdığı qızlar 
məktəbini xüsusi qeyd etmək lazımdır. Sayca çox gözəçarpan, əslində isə, Azərbaycan əhalisinin 
sayına görə çox az olan həmin məktəblərin çoxuna fəhlə və kəndli balaları nadir hallarda qəbul 
olunurdular. 
XIX əsrin ikinci yarısında Azərbaycanda ilk kütləvi kitabxana və qiraətxana açıldı. Belə 
kitabxana və qiraətxanalardan birini 1894-cü ildə Bakıda Nərimanov açmışdı. 
Azərbaycanda səhiyyə işi də çox aşağı səviyyədə idi. XIX yüzilliyin son rübündə Şimali 
Azərbaycanda cəmi 101 həkim işləyirdi. Həkimlərin, demək olar ki, hamısı şəhərlərdə cəmləşmişdi. 
İlk azərbaycanlı həkimlər-M.R.Vəkilov və A.M.Mehmandarov poliklinika yaratmışdılar. 
Azərbaycanda ilk apteklərin də açılması bu dövrə təsadüf edir. Onların ümumi sayı 10-u ötüb keçirdi. 
Azərbaycanın ictimai həyatının ən mühüm amillərindən biri mətbuatın meydana çıxması oldu. 
Azərbaycan mətbuatının banisi xalqımızın görkəmli oğlu, ictimai xadim, alim, maarifpərvər Həsən bəy 
Məlikov Zərdabi olmuşdur (1842-1807). O, çar üsuli-idarəsi şəraitində müstəmləkə ucqarında ana 
dilində "Əkinçi" qəzetini nəşr etmək üçün xeyli əzab çəkməli, mübarizə aparmalı olmuşdu. 1875-ci il 
iyunun 22-də bu qəzetin birinci nömrəsinin çapdan çıxması bütün Qafqazda əks-səda doğurdu. Qəzetin 
bütün işlərini görən H.B.Zərdabi həm naşir, həm redaktor, həm də korrektor və mürəttib idi. 1875-
1877-ci illərdə qəzetin cəmi 56 nömrəsi çıxdı. H.B.Zərdabi qəzetə S.Ə.Şirvani, K.Mehmandarov, 
A.Adıgözəlov, Gorani və dövrünün başqa görkəmli ziyalılarını cəlb edə bilmişdi. "Əkinçi" qəzetində 
maarifçi və demokratik ideyalar təbliğ olunur, fanatizm və mövhumat amansız tənqid atəşinə 
tutulurdu. 
1879-cu ildə Tiflisdə "Ziya" qəzeti işıq üzü gördü. 1880-ci ildən "Ziyayi-Qafqaziyyə" adı altında 
nəşr olunmağa başladı. Cəmi 104 nömrəsi çıxdı və 1884-cü il iyulun 2-də bağlandı. 1880-ci ildə 
Tiflisdə "Kəşkül" qəzeti dərc edildi. Hər iki qəzetin ideya istiqaməti "Əkinçi" qəzeti ilə uyğun gəlirdi. 
Həftəlik qəzet olan "Kəşkül" 1891-ci ilə kimi nəşr olundu. 
80-90-cı illərdə Bakıda "Kaspi", "Bakinskiye izvestiya", "Baku" və başqa rusdilli qəzetlər 
çıxmağa başladı. Bu qəzetlərin burjua ideya istiqamətli olmasına baxmayaraq, onlarda Azərbaycanın 
sosial-iqtisadi və mədəni həyatının bəzi məsələlərinə qabaqcıl nöqteyi-nəzərlə yanaşan məqalələr də 
nəşr olunurdu. 
Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş vermiş dəyişikliklər, ədəbiyyatda da öz 
əksini tapmışdı. Artıq ədəbiyyatda aparıcı cərəyan realizm idi ki, bu da demokratik və maarifçilik 
ideyalarının təbliğini, ədəbiyyatda sosial həyatla bağlı mövzulara yer verilməsi uğrunda mübarizəni, 
xəlqilik ideyalarının müdafiəsini qarşısına məqsəd qoymuşdu. Azərbaycan ədəbiyyatında əsası 
M.F.Axundov tərəfindən qoyulmuş demokratik ideyaları S.Ə.Şirvani, C.Məmmədquluzadə, 
N.Vəzirov, N.Nərimanov və b. daha da inkişaf etdirdilər. Bu dövrün ədəbiyyatında Azərbaycanda 
özünə yenicə yol açmış kapitalist cəmiyyətinin, burjua ideologiyasının və sosial bərabərsizliyin 
tənqidinə geniş yer verilirdi. Yazıçılar öz əsərlərində burjuaziya sinfi nümayəndələrinin tipini 
yaradaraq, onun həm müsbət, həm də mənfi, xalqa zidd cəhətlərini göstərirdilər. 
Azərbaycan ədəbiyyatında realist cərəyanla yanaşı romantik, dini-mistik və s. cərəyanlar da var 
idi. Bu istiqamətin nümayəndələri qəzəl yaradıcılığına geniş yer verir, qeyri-realist xarakterli, dini 
sxolastikaya üstünlük verilən əsərlər də yazırdılar. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin