Əsasnamənin müddəaları:
1. Şimali Azərbaycanda sahibkar kəndliləri feodal asılığından azad edilirdilər.
2. 1847-cı il ―Əsasnamə‖sində olduğu kimi, 15 yaşına çatmış kişilərə 5 desyatin əkinə yararlı torpaq
verilməsi nəzərdə tutulurdu.
3. 1847-ci il ―Əsasnamə‖sində fərqli olaraq kəndlinin 5 desyatindən artıq torpaq sahəsi mülkədarın
xeyrinə kəsilib götürülür, torpağı 5 desyatindən az olan kəndliyə əlavə torpaq sahəsi verilməsi nəzərdə
tutulmurdu.
4. Torpaq sahiblərinə bütün torpağın üçdəbir hissəsini öz əlində saxlamaq hüququ verilirdi.
Kəndlilərə torpaq əldə etmək hüququnun verilməsi burjua xarakteri daşıyırdı. ―Əsasnamə‖yə
görə, kəndli hüquqi cəhətdən şəxsən azad olub, sərbəst şəkildə istədiyi yerə köçə bilərdi. O,
sahibkardan yalniz iqtisadi cəhətdən asılı idi. Öz məhsulunun onda bir hissəsini malcəhət kimi torpaq
sahibinə verirdi. ‖Əsasnamə‖yə görə, biyar ləğv olunurdu, dövlət kəndliləri həmin islahatdan kənarda
qaldı.
Bu islahat Quba qəzasında 1877-ci ildə, Zaqatala dairəsində isə çox gec 1913-cü ildə keçirildi.
1870-ci ildə 14 may islahatı Şimali Azərbaycan feodal-asılılıq münasibətlərinə güclü zərbə endirərək,
kapitalist münasibətlərinin sonrakı inkişafına şərait yaratdı.
Şimali Azərbaycan məhkəmə islahatı 1866-ci ildə keçirildi.
İslahata əsasən: 1. Silki məhkəmələr ləğv edirdi və vahid məhkəmələr yaradıldı.
2. Məhkəmə iclasları açıq keçirilirdi və s.
Məhkəmə iclasları müsbət cəhətəri ilə yanaşı məhdud cəhətləridə var idi. Ümumiyyətlə bu
islahatlar yarımçıq keçirilirdi.
Belə ki, Rusiyada hakimlər seçildiyi halda, Azərbaycanda onlar yalnız ruslardan təyin olunurdu.
Şimali Azərbaycan şəhər islahatı Rusiyada 8 il sonra, 1878-ci ildə həyata keçirildi. İslahata
uyğun olaraq şəhər özünüidarəsi ilk dəfə Bakıda tətbiq olundu. ―Əsasnamə‖yə görə, şəhər idarələri və