Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 18 dumalara seçkilərdə silki məhdudiyyət ləğv olunsa da, əmlak senzi tətbiq olunurdu. Dumanın
fəaliyyətində qubernator nəzarət edirdi.
Qafqazda bütün ali hakimiyyət canişinin əlində idi. Qubernatorda bütün mülki və hərbi
hakimiyyət qubernatoru məxsus idi. Qəzalar qəza rəisləri tərəfindən idarə olunurdu. 1859-cu ildə
Şamaxıda olan zəlzələ nəticəsində şəhər tamamilə dağıldığından quberniyanın mərkəzi Bakıya
köçürülmüşdü və Bakı quberniyası adlandı. 1860-cı ildə Dərbənd quberniyası ləğv edildi. Bununla
əlaqədar Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı sonralar yaradılmış Cavad və Göyçay
qəzaları da bu quberniyanın tərkibində idi. 1868-ci ildə Bakı, Tiflis və İrəvan quberniyalarından
alınmış ərazilər hesabına Yelizavetpol quberniyası yaradıldı. Bu quberniya Şuşa, Yelizavetpol və
Zəngəzur qəzalarından ibarət idi. 1874-cü ildə yaradılmış Ərəs, 1883-cü ildə yaradılmış Cəbrayıl və
Cavanşır qəzaları bu quberniyanın tərkibinə daxil edildi. 1870-ci ildə yaradılan Şərur-Dərəyaz və
Naxçıvan qəzəzaları İrəvan quberniyasına daxil idi. 1883-cu ildə Qafqaz canişinliyi ləğv edildi.
Qafqazın idarə edilməsi mülki hissə üzrə tapşırıldı.
XIX əsrin 70-80-ci illərində kəndlilər iki qrupa dövlət və sahibkar kəndlilərinə bölünürdülər.
Əsrin sonuna yaxın bütün kənd əhalisinin əksəriyyətini dövlət kəndliləri təşkil edirdi. 1890-ci il
dekabrın 3-də torpaqların suvarılması işinin hüquqi əsas və qayda-qanun yaratmaq məqsədi ilə ―Sudan
istifadə haqqında əsasnamə‖ qəbul olundu. Qafqaz su müfəttişliyi yaradıldı. Suvarma suyunu
bölüşdürülməsini təşkil edən inzibati şəxslər mirah və cuvar adlanırdılar.
1850-ci ildə Tiflisdə yaradılmış ―Qafqaz kənd təsərrüfatı cəmiyyət‖ kənd təsrrüfatında yeni
texnikanın tətbiqində mühüm rol oynadı. 1887-ci ildə açılan ―Qafqaz ipəkçilik stansiyası‖ ipəkçilikdə
böyük canlanma yaratdı. 1875-ci ildə ―Əkinçi‖ qəzetinində böyük rolu oldu.
Dövlət kəndlilərindən pulla ―həyat vergisi‖ adlanan torpaq töyücüsü alınırdı. Sahibkar kəndliləri
əvvəlki kimi malcəhət (torpaqdan istifadəyə görə ayda bir) və bəhrə (suvarma suyunda istifadə edildiyi
üçün) vergi verirdilər.
1887-ci ildən başlayaraq Azərbaycan kəndliləri hərbi vergi adlanan mükəlləfiyyət də daşımağa
başladılar. Yalniz xristianları orduya cəlb edən çar hökuməti azərbaycanlıları orduya çağırmırdı.
Köçürma siyasəti 1850-1870-ci illərdə də davam etdirirdi. Ruslar əsasən Şamaxı, Lənkəran,
Qazax qəzalarında məskunlaşırdılar.
1880-cı illərdən etibarən təbəqələşmənin güclənməsi nəticəsində icmalar dağılır, torpağın
qolçomaqların, şirkət və səhdar cəmiyyətlərinin əlinə keçirdi.
Neft sənayesinin inkişafı 1860-70-ci illərdə iltizam sistemi neft sənayesinin inkişafına bir növ
buxov olmuşdur. 1872-ci ilin fevralında iltizam sistemi ləğv olundu. Qanuna əsasən neft yataqları ayrı-
ayrı şəxslərə bir dəfəlik satıla bilərdi. 1872-ci ilin dekabrında ilk dəfə neft yataqları açıq şatışa
qoyuldu. 1879-cu ildə İsveç təbəqəsi Nobel qardaşları ―Nobel qardaşları‖şirkətinin əsasını qoydular.
1880-ci illərdə Rotşildin timsalında fransız 90-cı illərdə Visaununun timsalında ingilis kapitalı
Bakı neft sənayesinə nüfuz etdi. Lakin neftli torpaqlara sahib olanlar arasında Hacı Zeynalabdin
Tağıyev Musa Nağyev Şəmsi Əsdullayev Murtuza Muxtarov kimi azərbaycanlılar da var idi. Hələ
1871–ci ildə Balaxanıda buruqlar ilk neft quyusu qazılıb istifadəyə verilmişdi. 1873-ci ildə Balaxanıda
ilk neft fantan vurdu . 1873-cü ildə quyuların qazılmasında ilk dəfə istifadə edilən buxar mühərlikləri
80-ci illərdə daha da çoxaldı. 1878-ci il də mədənlərin neftayırma müəssisələri ilə birləşdirən buxar
mühərrik nasoslarla təchiz olunmuş ilk neft kəməri işə salındı . 1879-cu ildə ―Nobel qardaşları‖ şirkəti
tərəfindən İsveçdə hazırlanmış dünyada ilk neft tankeri ―Zərdüşt‖ Bakı ilə Həştərxan arasında hərəkətə
başladı.
1880-ci ildə mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk dəmir yolu çəkildi. Bu isə
―Qara şəhər‖ adlanan zavodlar rayonunun yaranmasına səbəb oldu. Bakı şəhəri həm neftçıxarma həm
də neft emalı mərkəzinə çevrildi. 1884-cu ildə Bakıda kapitalistlərin xüsusi təşkilatı – Neft sənayeçiləri
qurultayı təşkil edildi. Təşkilatın başında Qurultay Şurası dururdu. 1893-cü ildə neft sənayeçilərinin
Peterburqda keçirilən müşavirəsində ―Bakı ağ neft zavodçuları ittifaqı‖ adlı inhisar birliyi yaradıldı.
İstehsal olunan neft məhsullarının 98 faizinə bu inhisar nəzarət edirdi. Lakin bu birlik daxili didişmə
üzərindən 1897-ci ildə dağıldı.
1890-cı ildə H.Z.Tağıyev ―Kaspi‖ gəmiçilik şirkətini yaratdı. 1897-ci ildə H.Z.Tağıyev başqa
sənaye sahələrinə kapital qoymaq üçün özünün neft mədənlərinin müəssisələri ilə birlikdə ingilis