Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə17/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   13   14   15   16   17   18   19   20   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 17 
MÖVZU 8 
XIX əsrin II yarısında Şimali Azərbaycanda sosial, iqtisadi, siyasi 
vəziyyət. Burjua islahatları. 
XIX əsrin ikinci yarısında Rusiya imperiyasının tərkibində olan Şimali Azərbaycan Ümumrusiya 
bazarına qoşulurdu. Burada kapitalist münasibətlərinin inkişafı 60-cı illərə təsadüf edir. Bəhs olunan 
dövrdə neft istehsalına mənfi təsir edən əsas amillər bunlar idi: iltizam sistemi, kəndlilər məcburi 
əməyindən istifadə, nefti və neft məhsulları tələbatın azlığı və. s . Hökümət 1864-cü ildə Balaxanı neft 
mədənlərində quyulara təhkim edilmiş kəndlilərin (sonralar Naxçıvan duz mədənlərində, Zəylik zəy 
zavodlarında və. s.) məcburi əməyin ləğv etdi. 1859-cu ildə Suraxanıda ağ neft emal edən iri zavod 
tikildi. 1861-ci ildə Pirallahı adasında porofin zavodu işə salındı. 1863-cü ildə yerli iş adamı Cavad 
Məlikov Bakıda ikinci ağ neft zavodu inşa etdirdi. 1865-ci ildə Gədəbəydə Simens qardaşları 
Səhimdar cəmiyyətinin misəritmə zavodu istifadəyə verildi. 1865-ci ildə simens qardaşları 
Daşkəsəndəki kobalt yataqlarının istismar etmək üçün zavod tikdilər. 1865-ci ildə ―kənd cəmiyətləri 
haqqında qanun verən hökumət Şimali Azərbaycan kəndləriylə torpaq sahibləri arasında qarşılıqlı 
münasibətləri qaydaya salmaq istəyirdi. Kənd cəmiyyətinin ali orqanı kəndlilərin yığıncağı idi. Qanuna 
görə, bəylər kənddə inzibati məhkəmə işlərindən uzaqlaşdırıldılar. 
1870-ci il 14 may islahatı 
Rusiyadan fərqli olaraq Şimali Azərbaycanda kəndlilər rəsmən təhkimli deyildilər. 
1861-ci ildə Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsi yaradıldı. 1866-cı ildə Bakı, Şuşa, Tiflis 
və İrəvan bəy komissiyalarının yaradılması isə bu istiqamətdə ikinci addım oldu. 1870-ci il mayın 14-
də imperator II Aleksandrın kəndli islahatını keçirmək üçün imzaladığı ―Əsasnamə‖də sahibkar 
kəndlilərinin feodal asılılığının ləğv edilməsi, torpaq və vergi məsələlərinə toxunulurdu.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin