Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 13 MÖVZU 6 Millətin təşəkkülü . XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda millətin yaranmasının zəruri edən amillər
(kapitalizmin inkişafı, ümumi bazarın, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, burjuaziya və
fəhlələrin formalaşması) özünü göstərməkdə idi.
Başqa millətlər kimi, Azərbaycan milləti də dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət birliyi
zəminində tarixi sabit birlik kimi formalaşdı.
―Azərbaycan milləti‖ sözünü ilk dəfə ―Kəşkül‖ qəzeti işlətdi. Milli ziyalıların qabaqcıl
nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli
millətin ideoloji təfəkkürünün formalaşmasında mühüm rol oynadılar.
Azərbaycanda milli burjuaziyanın təşəkkülü milli təfəkkürün inkişafına təsir göstərdi. Milli
burjuaziyanın görkəmli nümayəndəsi H.Z.Tağıyevin istedadlı gəncləri Rusiya və Avropanın təhsil
ocaqlarına göndərilməsində, məktəb, teatr və məscidlərin abadlaşmasında böyük rolu olmuşdur.
Millətin təzəcə təşəkkülü dövründə mütərəqqi demokratik cərəyana mənsub olan ziyalılar (Həsən
bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ə. Haqverdiyev və b. ) Azərbaycanın, xüsusilə Bakının ictimai-
iqtisadi və siyasi həyatındakı yeni meylləri öz əsərlərində əks etdirirdilər. Bəhs edilən dövrdə yaşayıb-
yaratmış qabaqcıl ziyalılarımız milli süurun oyanmasında mühüm rol oynayırdılar.
Zaqatala üsyanı. 1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsinə hazırlıq хəbəri Şimali Azərbaycanın
sosial-iqtisadi və siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan, 1860-cı ildə inzibati-ərazi vahidi kimi
yaradılmış Zaqatala dairəsində narazılığa səbəb oldu. Çarizmin kobud müstəmləkə siyasəti,
məmurların özbaşınalıgı, rüşvətxorluq, zorakı xristianlaşdırma siyasəti bölgədə ziddiyyətlərin
kəskinləşməsində mühüm rol oynadı.
Zaqatalaya gəlmiş hokümət komissiyasının hazırladığı islahat layihəsinə görə, yengiloylar və
muğallar qazandıqları gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəməklə keşkəl sahiblərinin
asılılığından azad edilməli idilər. Keşkəl sahibləri əsas gəlir mənbəyini itirmək təhlükəsi qarşısında
qaldıqlarına görə burada islahatın keçirilməsini istəmirdilər.
Yetişməkdə olan üsyanın başlanması üçün siqnal 1862-ci ildə Balakən kəndində kilsə tikilməsi
oldu. Üsyan 1863-cü ilin iyununda rus ordusunun keçmiş zabiti Hacı Murtuzun rəhbərliyi ilə
Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın köməkçiləri balakənli Bürcəli və carlı Molla Zəngi idi.
Üsyan geniş sosial təbəqələri əhatə edən ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici
qüvvəsini keşkəl sahibləri, müsəlman ruhaniləri və xalq təşkil edirdi.
İyunun 5-də əhalinin dini hisslərinə təsir edərək daha çox tərəfdar toplamaq məqsədilə Hacı
Murtuz imam elan olundu. Lakin Dağıstan camaatından gözlənilən köməyin gəlməməsi üsyan
başlandığı andan üsyancılar arasında bir ümidsizlik yaratdı. iyunun 5-dən 6-na keçən gecə üsyançılar
Zaqatala qalası üzərinə hücum etdilər. Lakin top atəşi altında geri çəkilməyə məcbur oldular. Rusiya
hakim dairələri üsyanı yatırdılar. Üsyanın 18 nəfər ən fəal üzvi dar agacından asıldı, mindən çox
üsyançı isə ailə üzvləri ilə birlikdə katorqa işlərinə göndərildi. Hacı Murtuz sürgün edildi. Vurulan
ziyan üsyançıların hesabına ödənildi.
Üsyanın məğlubolma səbəbləri, demək olar ki, XIX əsrin 30-cu illərində baş vermiş üsyanların
məğlubolma səbəbləri ilə eyni idi.