Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
12
1847-ci il “Kəndli əsasnamələri”.
Çar hökuməti Azərbaycanda bəy-kəndli münasibətlərini qanuni şəklə salmaq üçün 1847-ci il
aprelin 20-də Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalarının bəy kəndlilərinə, dekabrın 28-
də
isə Qazax, Şəmşəddil və Borçalı nahiyələrində ağa torpaqlarında yaşayan kəndlilərə aid ―Kəndli
əsasnamələri‖ni qəbul etdi. ―Əsasnamələr‖in əsas müddəaları aşağıdakılardan ibarət idi:
1. 15 yaşına çatmış hər bir kəndliyə 5 desyatindən az olmayan yararlı torpaq sahəsi verilməli idi.
2. Kəndli ona verilən torpaq sahəsinin əvəzində taxıl məhsulunun onda bir hissəsini, meyvə və tərəvəz
məhsulunun isə üçün birini malcəhət adlanan məhsul vergisi şəklində sahibinə verilməli idi.
3. Kəndli bəyin iş heyvanı, toxumu və əkinçilik alətləri ilə torpağı becərərdisə, məhsulun beşdə birini
torpaq sahibinə verməli idi.
4. Kəndli bəyin otağından istifadə əvəzində xüsusi rüsum olan çöpbaşı ödəməli idi.
Sahibkar kəndliləri başqa feodalın yanında köçmək hüququnu saxlayırdılar. ―Əsasnamələr‖ə
görə, sahibkarlar öz kəndliləri üzərində polis və məhkəmə hüququ alırdı.