Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
9
Lənkəran üsyanı.
1826-cı ildə Lənkəran xanlığı ləğv edildikdən sonra yaradılmış
yeni inzibati bölgüyə görə
xanlığın ərazisi əyalətə çevrildi. Digər əyalətlərdən fərqli olaraq Lənkəran əyalətində yararlı torpaqlar
az idi. Vergi və mükəlləfiyyətlərin çoxluğu, əkinə yararlı torpaqların azlığı, vergi yığanların
və digər
çar məmurlarının özbaşınalığı, komendant idarə üsulunun ağırlığı, ümumiyyətlə, müstəmləkə əsarəti
əhalinin vəziyyətini dözülməz hala gətirmişdi.
İranda yaşayan keçmiş Lənkəran xanı Mir Həsən əvvəlki hakimiyyətini qaytarmaq üçün 1831-ci
il martın 5-də 30 atlı Astara çayını keçib, Lənkərana 10 kilometrliyinə çatdı.
Vəziyyətlərinin
yaxşılaşacağına ümid edən kəndlilər ona qoşuldular.
Əyalətin komendantı podpolkovnik Korniyenkonun sərəncamı ilə Ərcivan mahalı əhalisindən
toplanan silahlı süvari dəstə martın 10-da üsyançıların tərəfinə keçdi.
Qafqazda olan rus ordusunun əsas hissəsi Dağıstan dağlılar ilə mübarizəyə
cəlb olunduğundan
Lənkəran qalasında cəmi bir piyada batalyonu var idi. Bu isə üsyançıların qələbəyə inamını artırırdı.
Üsyançılar martın 12-də rus qoşunlarının ilk hücumlarını dəf etdilər. Qafqazın Baş komandanı
qraf Paskeviç üsyançılara qarşı mübarizə məqsədi ilə qonşu əyalətlərdən buraya 5 min nəfərlik qoşun
göndərdi. Mir Həsən xan şəhərə çatdıqda iki top və 500 nəfərlik rus qoşunu qarşıladı. Üsyançıların
qalanı tutma cəhdi baş tutmadı. Aprelin əvvəllərində üsyançıları
rus qoşunu tərəfindən Sələş
kəndindən çıxdıqdan sonra, kəndlilərin bir hissəsi üsyandan uzaqlaşdılar.
Aprelin 22-də rus qoşunu üsyançıların son sığınacağı olan Əmburana hücum etdilər. Mayın 5-də
Mir Həsən xan 20 nəfərlə İrana qayıtdı. Beləliklə iki ay çəkən Lənkəran üsyanı məğlub oldu.
Dostları ilə paylaş: