Car-Balakən üsyanı. Üsyanın əsas səbəbləri: 1. Əyalətin idarə olunması yeni ―qayda‖nın tədbiqi.
2. Müstəmləkə rejiminin güclənməsi.
3. Əvvəlki illərdən qalmış vergilərin toplanması.
4. Daxili muxtariyyətin ləğvi və. s.
1830-cu ildə hərbi-strateji cəhətdən böyük əhəmiyyət kəsb edən, altı icmanın birləşdiyi Car-
Balakən camaatlığında daxili muxtariyyət hələ qalmaqda idi.
Çarizim camaatlığın daxili muxdariyyətini ləğv etmək, sonra isə bu əyalətlərin ərazisindən
dağlıların milli-azadlıq hərəkatını boğmaq üçün hərbi istinadgah kimi istifadə etmək niyyətində idi. Bu
məqsədlə general İ.F.Paskeviç əhalinin gözləmədiyi bir vaxtda, fevral ayında Car-Balakənə qoşun
yeritdi.
1803-cü il ―Andlı öhdəlik‖ şərtlərindən fərqli olan yeni qayda əsasında idarə ediləcəkdi. Vilayəti
9 nəfərdən ibarət olacaq müvəqqəti idarəni onun rəisi, baş hakim tərəfindən təyin olunacaq 2 nəfər
səlahiyyətli məmur və camaat tərəfindən seçilmiş 6 nümayəndədən idarə etməli idi. Əslində vilayti rəis
və 2 məmur idarə dəcəkdi. Çünki camaatın seçdiyi 6 nümayəndə məşvərətçi səsə malik idi. Yeni
―Qaydaların‖ əsas mahiyəti ondan ibarət idi ki camaatlı daxili muxtariyyətini itirir, çar hərbi dairəsində
aslı olan adı kənd yığıncağına çevrilirdi.
1830-cu il fevralın 24-də Alazan çayını keçən rus qoşunları martın 3-də Cara daxil oldular. Car-
Balakəndə yeni ―Qaydalar‖da nəzərdə tutulan müvəqqəti idarənin yaranması ilə daxili muxtariyyətə
son qoyuldu.
Beləliklə, XIX əsrin 30-cu illərində çarizimin müstəmləkə zülmünə qarşı Azərbaycanda ilk
üsyan məhz Car-Balakəndə başladı. Üsyana təkan verən əsas amillərdən biri dədağlıların çarizmə qarşı
apardıqları milli-azadlıq mübarizəsi və Şeyx Şabanın camaatı çarizimə qarşı mübarizəyə çağrışı oldu.
Üsyan iyunun 12-də başladı ilk toqquşmada rus qoşunları qalıb gəldi. Həmzat bəyin rəhbərliyi
ilə 2000 süvarinin Cara gəlməsi, dağlı feodalların bir sıra silahlı dəstələrinin köməyi sayəsində
qüvvələrin nisbəti üsyançıların xeyrinə dəyişdi. Üsyançılar tezliklə Katexi tutub yeni Zaqatala
qalasındakı rus qarnizonunu Balakənlə əlaqəsini kəsdi. Oktyabr ayında üsyançılar rus qoşunlarını
məğlubiyyətə uğratdılar və Car vılayətinə yiyələndilər. Üsyanı yatırmaqüçün çar zabitləri üsyan
rəhbərlərini ələ aldılar . Noyabrın 14-də əks-hücuma keçən rus qoşunları Car, Köhnə Zaqatala, Göyəm
kəndlərini ələ keçirdilər, 32 nəfər üsyan rəhbəri hərbi məhkəməyə verildi. Dekabrda Balakəndə
başlayan üsyan da rus qoşunları tərəfindən amansızlıqla yatırıdı.