Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə4/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   2   3   4   5   6   7   8   9   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 4 
MÖVZU 2 
Ermənilərin Azərbaycana köçürülməsi, rus və alman məskənlərinin 
yaradılması.
 
Azərbaycan torpaqlarında xristian-erməni dövlət yaratmaq Rusiya dövlətinin ənənəvi siyasi 
məqsədi idi. I Pyotrla başlanan bu siyasət sonrakı əsrlərdə də daim davam etdirilmişdi. İkinci Rusiya-
İran (1826-1828) müharibəsi qurtardıqdan sonra köçürmə siyasətinin hüquqi cəhətdən təmin edilməsi 
üçün tədbirlər görüldü. Katalikos Nerses Aştaraketsi ermənilərin köçürülməsini həyata keçirmək üçün 
lahiyə hazırladı. A.Qriboyedov və İ.Paşkeriç tərəfindən Türkmənçay müqaviləsinə daxil edilmiş XV 
maddə bu layihənin reallaşmasında mühüm rol oynadı. Ermənilərin köçürülməsinə rəhbərlik etmək 
üçün Yegizar Lazaryan 1827-ci ildə Təbrizə göndərildi. Naxçıvan və İrəvanda köçürmə komitəsi təşkil 
edildi. Hazırlıq işlərindən sonra köçürmə prosesi başladı. 
İran və Osmanlı ərazisindən köçürülən erməni əhalisi ən çox Naxçıvan Qarabağ və İrəvan 
torpaqlarında yerləşdirildi . Hesablamalara görə, 1911-ci ildə Cənubi Qafqazda yaşayan 1,3 milyon 
erməni əhalisinin 1 milyonu həmin köçürmə nəticəsində buraya gətirilmişdi. Azərbaycanda yerləşən 
erməni əhalisinə bəylərə məxsus ərazilərdən çoxlu torpaq sahələri verilmişdi. Köçürmə nəticəsində 
Şimali Azərbaycanın qərb rayonlarında, xüsusi ilə Qarabağ, Naxçıvan və İrəvanda əhalinin etmik 
tərkibində dəyişiklik baş verdi. 
Birinci Rusiya-İran müharibəsindən sonra işğal edilmiş Şimali Azərbaycan (1804-1813) 
ərazisində rusların məskunlaşdırılması başlandı. 1821-ci il yanvarın 3-də verilmiş fərmana görə, ilk 
mərhələdə ordu qərargahları yanında təsərrüfatlar və hərbi məskənlər yaratmaq nəzərdə tutulurdu. 
Hərbi xidmətlərini başa vurmuş əsgərləri qərargahlar ətrafında təsərrüfat yaratmağa cəlb etdilər. Lakin 
bu plan baş tutmadı, onlar burada qalmaq istəmirdilər. 
Ona görə də, 1830-cu il oktyabrın 20-də Rusiyadan buraya təriqətçi və bidətçi əhalinin 
köçürülməsi haqqında fərman verildi. Köçürülənlərin çoxu Qarabağ ərazisində yerləşdirildi. XIX əsrin 
30-40-cı illərində Cənubi Qafqazda salınmış 34 rus kəndinin 30-u Azərbaycanda idi. Rusiya höküməti 
onları çarizmin yerlərdə dayağı sayırdı. 
Almanların Azərbaycana köçürülməsi Napaleon müharibələrinin Almaniyai qtisadiyyatına 
vurduğu ağır zərbə ilə bağlı idi. Vəziyyəti ağırlaşan əhali başqa yerlərə köçməyə məcbur olmuşdu. 
Rusiya hakim dairələri belə hesab edirdilər ki, yerli əhali almanlardan əməksevərliyi və əkinçilik 
mədəniyyətini öyrənərlər. 
1817-ci ildə general Yermolov almanların ilk dəstəsinin Azərbaycana gəlməsinə razı oldu. 1817-
1818-ci illərdə Cənubi Qafqazda yaradılmış 8 alman kaloniyasından ikisi Yelenedorf (indiki Xanlar) 
və Annenfeld (indiki Şəmkir) Azərbaycan ərazisində yerləşirdi. Hər bir ailəyə 35 desyatin torpaq 
verilmişdi. 
Rusiya Şimali Azərbaycanın işğalını başa çatdırdıqdan sonra müəyyən qədər sabitlik əldə edildi. 
Müharibə dövründə öz ata-baba yurdunu tərk etmiş əhali tədricən öz yerlərinə qayıtmağa başladı. 
Azərbaycanın Rusiyanın müstəmləkəsinə çevrilmiş ərazilərinin əhalisi 1832-1833-cü illərdə 700 min 
nəfər idisə, 18-55-ci ildə bu rəqəm 1 milyon nəfərə çatmışdı. 
XIX əsrin əvvəllərində hakim zümrəyə xanlar, bəylər, ağalar, sultanlar və başqaları daxil idi. 
Rusiya höküməti ilk əvvəllər onlara qarşı cəza tədbirləri görmüş, torpaq və əmlaklarını əllərindən 
almışdı. Bunun nəticəsi idi ki, xanların əksəriyyəti ölkədən qaçmağa məcbur olmuşdu. Xanlıqlar ləğv 
edildikdən sonra hakim təbəqə içərisində əsas yeri bəylər tuturdu. Türkmənçay müqaviləsindən az 
sonra çarizm hakim təbəqənin nümayəndələrinə qarşı münasibətində dəyişiklik etdi və onları öz 
tərəfinə çəkmək üçün bir sıra güzəştlər verdi. 1830-cu il 13 iyul fərmanına əsasən Azərbaycandan 
Sibirə və başqa yerlərə məhkəmə qərarı ilə sürgün edilmiş bəylər bağışlandı və əmlakları özlərinə 
qaytarıldı. 
Ruhanilər də ali zümrəyə daxil idi, 1829-cu ildə müsəlman ruhanilərinin hüquq və vəzifələrini 
müəyyənləşdirən komitə yaradıldı. Şiə əhalisinin dini işləri ilə məşğul olan Şeyxülislam, sünnilər üçün 
qazı və ya müfti vəzifələri təsis edildi. Çarizm nəinki müsəlman ruhanilərinin, hətta alban 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin