Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə6/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   2   3   4   5   6   7   8   9   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 7 
Abşeronda məhdud şəkildə olsa da neft çıxarılırdı. Azərbaycanın işğalından sonra Abşeronda 
olan neft quyuları xəzinənin ixtiyarna keçdi, iltizama verildi. 1848-ci ildə Bibiheybətdə texnik F. 
Semyonov dünyada ilk dəfə qazma üsulu ilə neft quyusu qazdı. Bundan 11 il sonra ABŞ-da bu üsulla 
quyular qazılmasına başlandı. Abşeronda, Canadda şor duz, Naxçıvanda daş duz emal edilərdi. 
Şimali Azərbaycan Rusiyaya birləşdikdən sonra ticarətin inkişafına mane olan amilləri aradan 
qaldırmaq üçün bir sıra tədbirlər görüldü. 1839-43-cü illərdə hökümət pul islahatı keçirdi, məqsədi 
yerli, İran, Osmanlı şikkələrini satın almaqla və dəyişməklə onları vahid Rusiya gümüş pulları ilə əvəz 
etmək idi. 1821-ci il oktyabrın 8-də verilmiş fərmana görə Cənubi Qafqazda güzəştli ticarət tarifi 
tətbiq edilir, bura gətirilən əcnəbi mallarının yarısından gömrük haqqı alınırdı. Bu fərman qüvvədə 
olduğu 10 il müddətində Azərbaycanda ticarətin xeyli genişlənməsinə səbəb oldu, amma rus 
tacirlərinin Cənubi Qafqazda ağalığını təmin edə bilmədi. 1831-ci il 3 iyunda verilmiş ticarət 
―Əsasnamə‖si ilə yeni tariflər müəyyənləşdirildi. Bu əsasnaməyə görə, Avropa malları Azərbaycan 
vasitəsi ilə üçüncü ölkəyə aparıla bilməzdi. Çarizmin Cənubi Qafqazda həyata keçirdiyi bu tədbir I 
Pyotrun merkantalizm siyasəti ilə oxşar idi. 1836-cı il 6 iyun fərmanı ilə daxili gömrük sistemi ləğv 
edildi. Ən çox Rusiya və İranla ticarət aparan Azərbaycan Türkiyə, Almaniya və digər Avropa ölkələri 
ilə də ticarət əlaqəsi saxlayırdı. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 8 
MÖVZU 4 
Rus müstəmləkəçilik əleyhinə üsyanlar.
Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması nəticəsində Azərbaycanın cənubi İranın, 
şimali isə Rusiyanın müstəmləkəsinə çevrildi. XIX əsrin 20-ci illərin sonu 30-cu illərin əvvəllərində 
şimali Azərbaycanda yerli əhalinin vəziyyətinin ağırlaşmasının və 30-cu illərdə baş vermiş üsyanların 
əsas səbəbləri bunlar idi: 
1. Milli və dini zülm; 
2. Xəzinənin, eləcə də iri feodalların xeyrinə toplanan ağır vergilər və icra olunan mükəlləfiyyətlər; 
3. Çar məmurlarının özbaşınalığı və rüşvətxorluğu; 
4. Köçürmə (ermənilərin, rusların və almanların) siyasəti; 
5. Natural verginin pul vergisi ilə əvəz edilməsi.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin