Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə11/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   7   8   9   10   11   12   13   14   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 11 
MÖVZU 5 
XIX əsrin 40-cı illərində keçirilən islahatlar. 
 
1840-cı il 10 aprel qanununa görə, 1841-ci il yanvarın 1-dən Cənubi Qafqazda komendant idarə 
üsulu ləğv olunurdu. 
Cənubu Qafqazda Gürcustan-İmeretiya quberniyasına (mərkəzi Tiflis olmaqla) və Xəzər 
vilayətinə (mərkəzi Şamaxı olmaqla ) bölündü, Xəzər vilayətində təşkil edildi. Qazax, Şəmsəddil 
nahiyələrinin daxil olduğu Yelizavetpol qəzası, Car-Balakən dairəsi, Gürcustan-İmeretiya 
quberniyasının tərkibində verildi. Mahallar ləğv olundu. Yeni inzibati bölgü ilə Azərbaycanın tarixən 
formalaşmış ənənəvi sərhədləri pozuldu. 
Ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi ilə Baş İdarə Şurası 
yaradıldı. Cənubi Qafqaz inzibati, məhkəmə və s. Məsələlərə nəzarət və onların həlli bu şuranın 
ixtiyarında idi. 
1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında quberniya, vilayət və qəza 
məhkəmələri yaradıldı. Şəriət məhkəmələri yalnız kəbin-talaq vərəsəlik məsələlərinə baxırdı. Qəza 
məhkəməsi hakimdən və vergi verən təbəqələri təmsil edən iclaslardan ibarət idi. Artıq ağır cinayət 
işlərinə hərbi yox mülki məhkəmələrdə baxılırdı. 1841-ci il aprelin 25-də imzalanan çar fərmanı ilə 
Qazax, Şəmşəddil və Borçalı ağaları torpaq sahibliyindən və kəndlilər üzərində hüquqlarından, mayın 
28-də isə Xəzər vilayətinin bəyləri tiyul torpaqlarından məhrum olundu. 
Aparılan təftiş nəticəsində 1842-ci ildə ağaların və bəylərin torpaqlarının müsadirəsi 
dayandırıldı, torpaq sahibkarlığı hüququ toxunulmaz elan edildi hərbi nazirin sədrliyi ilə Xüsusi 
Komitə yaradıldı. 
İnzibati və məhkəmə islahatları istənilən nəticəni vermədi. 1844-cü ildə baş hakimlik ləğv edildi 
və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, 
yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf M.S.Vorontsov oldu. 
1846-cı ildə Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv edildi və əvəzində Tiflis, 
Kutais, Dərbənd , və Şamaxı, 1849-cu ildə isə İrəvan quberniyaları təşkil olunurdu. 
Cənubi Qafqazda aparılan 1846-cı il inzibati bölgüsü milli-etnik xüsusiyyətlər nəzərə alınmadan 
aparılırdı. 
Quba qəzası Dərbənd quberniyasının, Yelizavetpol və Naxçıvan qəzaları isə Tiflis 
quberniyasının tərkibində idi. Car-Balakən torpaqları və İlisu sultanlığı sonralar Zaqatala dairəsi 
adlandırılan Car-Balakən dairəsini təşkil edirdi. 
Naxçıvan və Ordubad qəzaları 1849-cu ildə yaradılmış İrəvan quberniyasının tərkibində idi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin