Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 23 MÖVZU 11 Azərbaycan XX əsrin əvvəllərində 1900-1093-cü illər dünya böhranı Rusiya, eləcə də Azərbaycan iqtisadiyyatına güclü təsir etdi.
İqtisadi böhran Azərbaycanın neft və dağ-mədən sənayesi sahələrində özünü daha qabarıq biruzə verdi
və bu sahələrin inkişafını ləngitdi.
Böhran Bakıda neft sənayesinin bütün sahələrinə mənfi təsir göstərmişdir.
1901-19113-cü illərdə Azərbaycanda neft hasilatı 33 faizdən çox azalmışdır. Bu, Rusiyanın
dünya neft hasilatında birinciliyi itirməsi ilə nəticələndi və ABŞ bu sahədə birinci yerə çıxdı.
Böhran illərində xırda və orta müəssisələrinin iflasa uğraması nəticəsində istehsalın
təmərküzləşməsi xeyli güclənmişdir.
İnhisarın artması ilə neft sənayesinin təmərküzləşməsi də güclənirdi.
1900-cu ildə ―Nobel qardaşları‖ birliyi, Mantaşov, Rotşild, Bakı neft cəmiyyəti, Xəzər-Qara
dəniz birliyi, Rus neft istehsalı və maye-yanacaq cəmiyyəti Bakıda çıxarılan bütün neftin 50 faizini
verirdi. 1912-ci ildə Rusiyanın və xarici ölkələrin yeddi nəhəg bankının iştirakı ilə yaradılmış ―Oyl‖
inhisar birliyi 20 firmanı birləşdirdi.
XX əsrin əvvəllərində Bakı sənayesinə xarici kapital quruluşu artmaqda idi.
İngiltərə, Fransa və ABŞ ağ neftə olan təlabatının xeyli hissəsini Bakının hesabına ödüyürdülər.
Neft istehsalı, emalı, daşınması və satışı ―Nobel qardaşları‖ şirkəti, ―Nobmazut‖, ―Oyl‖, ―Şell‖
kimi inhisar birliklərinə məxsus idi. İnhisarçılar texniki geriliyin qarşısını almaq üçün tədbirlər
görmür, süni sürətdə inkişafın qarşısını alır, neftin qiymətini endirib-qaldırmaqla rəqiblərini sıradan
çıxarırdılar.
XX əsrin əvvəllərində kapitalist münasibətləri təkcə Bakıda deyil, Azərbaycanın qəzalarında da
inkişaf edirdi. Ölkə sənayesi təkcə neft hasilatından ibarət olmayıb, sənayenin digər sahələri -dağ-
mədən, mexaniki istehsal, energetika, toxuculuq, pambıqtəmizləmə, ipək emalı, yeyinti sənayesi,
nəqiliyyat, rabitə, bank-kredit sistemi və ticarət də inkişaf edirdi.
Neft sənayesi ilə yanaşı , Azərbaycanda əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Bu sahədə
Gədəbəydəki ―Simens qardaşları‖ səhmdar cəmiyyətinə məxsus olan zavodlar fərqlənirdi. Gədəbəy
misi dünyada ən təmiz və ən qiymətli mis hesab olunurdu.
Moskvada yeni zavodlar tikildiyi üçün 1906-cı ildə Qalakənd missaflaşdırma zavodu fəaliyyətini
dayandırmışdır. Mis sənayesində 1900-cü ildə başlanan inhisarlaşma prosesi 1913-cü ildə başa çatdı.
Belə ki, ―Simens qardaşları və KO‖ cəmiyyəti 1900-cü ildə ―Voqan və Ko‖ konserni arasında
bağlanmış müqaviləyə görə istehasal edilmiş mis Moskva mis prokatı zavodlarına yalnız bi inhisar
vasitəsilə satılmalı idi. 1907-ci ildə çarın fərmanı ilə Rusiyadakı alman tələbələrinin müəssisələri
müsdirə olunsa da , Simes qardaşlarının Gədəbəy zavoduna qoyulmuş kapitalın çox cüzi hissəsini
alman kapitalı təşkil etdiyindən bu zavod fəaliyyətini davam etdirdi.
Xammal bolluğu Azərbaycanda ipək sənayesinin inkişafına şərait yaratmışdı. İpək sənayesi
ölkəmizin şimal-qərb və cənub-qərb hissələrində yayılmışdır. Cənubi Qafqazda ipək emalı sənayesinin
mərkəzi Nuxa şəhəri idi.
XX əsrin əvvəllərində pambıqçılığın inkişafı ilə əlaqədar pambıqtəmizləmə sənayesi də inkişaf
edirdi. Şimalı Azərbaycanda 100-dən çox pambıqtəmizləmə zavodu vardı. Bu sahədə Gəncə
quberniyası birinci yerdə idi.
Bəhs olunan dövrdə Azərbaycanda maldarlığın geniş yayılması gön-dəri istehaslı üçün əlverişli
şərait yaradırdı.
Azərbaycanda yeyinti sənayesinin mühüm sahələrini şərabçılıq, spirt, konyak istehsalı təşkil
edirdi. Şərab hazırlanmasında Gəncə qəzası xüsusi ilə fərqlənirdi. Cənub Qafqazda istehsal edilən
şərabın 1/3 hissəsini Azərbaycan verirdi.
Bəhs edilən dövrdə tütünçülük ən çox Zaqatala dairəsində, Nuxa, Cavanşır, Şamaxı qəzalarında
yayılmışdır. Azərbaycanda ilk tənbəki fabriki XIX əsrin ikinci yarısında Nuxada fəaliyyətət
başlamışdır.