Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 10 Üsyançıların sayı 12 min nəfərə çatdı. O biri üsyandan fərqli olaraq hücum planı hazırlamaq və
hərbi şura yaradıldı. Plana görə üsyançılar hər birində 4 min nəfər olmaqla 3 dəstəyə bölündülər.
Üsyanın hərəkətverici qüvvəsini kəndlilər, şəhər əhalisi, hökümətin siyasətində narazı qalan bəylər,
naiblər, kəndxudalar təşkil edirdi. Yarəlinin başçılıq etdiyi 1000 nəfərlik dəstə sentyabrın 4-5 şəhər
məhkəməsinin binasına hücum edib ələ keçirtdi. Sentyabrın 10-da rusların əks hücumları nəticəsində
üsyançıları ağır məğlubiyyətə uğratdılar. Məhəmməd Mirzənin xəyanəti kəndlilərin və bəylərin hacı
Məhəmməddən uzaqlaşmasına səbəb oldu. Keçmiş dostu Məhəmməd Mirzə xan onu oğlu ilə birlikdə
xəyanətlə ələ keçirib hökümətə təslim etdi. Yarəli 6 nəfər üsyan rəhbəri ilə birlikdə qaçıb mübarizəni
davam etdirdi. Bakıda təşkil olunan hərbi səhra məhkəməsində 37 nəfərə ağır cəza verildi. 1838-ci ildə
dağlıq rayonlara göndərilən hərbi ekspedisya mübarizəni davam etdirən Yarəlinin üsyançı dəstəsinin
iyun ayında Acıaxur adlı yerdə məğlubiyyətə uğratdılar. Yarəli Rusyaya sadiq qalacağına and içdi,
üsyançıların bir qismi dağlarda gizləndi.
Şəki üsyanı XIX əsrin 30-cu illərində baş verən üsyanlardan biri də 1838-ci il Şəki üsyanıdır. 1835-ci ildə
Qafqaz baş hakimi baron Rozenin vergi və mükəlləfiyyətlərdən azad olanmaaflar üzərinə vergi
qoymaq haqqında sərəncam verməsi narazılığa səbəb oldu. Rozen sərəncəmı ləğv etsədə maafların
hökumətdənnarazılığını aradan qaldıra bilmədi. Digər tərəfdən, xanlıqlar dövründə mövcud olan
vergivə mükəlləfiyyətlər heç bir əyalətdə Şəkidəki qədər deyildi.
1837-ci ildə özünü xanın varisi kimi qələmə verən, keçmiş Şəki hakimi Səlim xanın oğlu Hacı
xanın tapşırığı ilə İrandan Şəkiyə gələn Məşədi Məhəmməd üsyanın rəhbəri oldu. Çarizm əleyhinə
təbliğatlara görə həbs olunub, Məşədi Məhəmməd 1838-ci ildə həbsxanadan Dağıstana qaçdı və orda 5
min nəfərə yaxın tərəfdar tapdı. 1838-ci ildə avqustunda üsyançılar Şəkiyə daxil oldular və şəhərdəki
yoxsullarda onlara qoşuldu. İlk başda şəhəri ələ keçirən üsyançılar sentyabrın 3 də ruslar əlavə
qüvvəynən gələrək üsyançıları şəhərdən çıxartdılar. 1838-ci ildə Şəkidə baş verən üsyanda yatırıldı.