Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə8/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   4   5   6   7   8   9   10   11   ...   114
Azərbaycan tarixi

Üsyanın məğlubolma səbəbləri: 
1. Üsyan rəhbərlərinin xəyanəti; 
2. Üsyançılara qarşı nizami ordunun vuruşması; 
3. Üsyançıların döyüş təcrübəsinin olmaması; 
4. Üsyançıların silahla pis təchiz olunması və s. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 9 
Lənkəran üsyanı. 
1826-cı ildə Lənkəran xanlığı ləğv edildikdən sonra yaradılmış yeni inzibati bölgüyə görə 
xanlığın ərazisi əyalətə çevrildi. Digər əyalətlərdən fərqli olaraq Lənkəran əyalətində yararlı torpaqlar 
az idi. Vergi və mükəlləfiyyətlərin çoxluğu, əkinə yararlı torpaqların azlığı, vergi yığanların və digər 
çar məmurlarının özbaşınalığı, komendant idarə üsulunun ağırlığı, ümumiyyətlə, müstəmləkə əsarəti 
əhalinin vəziyyətini dözülməz hala gətirmişdi. 
İranda yaşayan keçmiş Lənkəran xanı Mir Həsən əvvəlki hakimiyyətini qaytarmaq üçün 1831-ci 
il martın 5-də 30 atlı Astara çayını keçib, Lənkərana 10 kilometrliyinə çatdı. Vəziyyətlərinin 
yaxşılaşacağına ümid edən kəndlilər ona qoşuldular. 
Əyalətin komendantı podpolkovnik Korniyenkonun sərəncamı ilə Ərcivan mahalı əhalisindən 
toplanan silahlı süvari dəstə martın 10-da üsyançıların tərəfinə keçdi. 
Qafqazda olan rus ordusunun əsas hissəsi Dağıstan dağlılar ilə mübarizəyə cəlb olunduğundan 
Lənkəran qalasında cəmi bir piyada batalyonu var idi. Bu isə üsyançıların qələbəyə inamını artırırdı. 
Üsyançılar martın 12-də rus qoşunlarının ilk hücumlarını dəf etdilər. Qafqazın Baş komandanı 
qraf Paskeviç üsyançılara qarşı mübarizə məqsədi ilə qonşu əyalətlərdən buraya 5 min nəfərlik qoşun 
göndərdi. Mir Həsən xan şəhərə çatdıqda iki top və 500 nəfərlik rus qoşunu qarşıladı. Üsyançıların 
qalanı tutma cəhdi baş tutmadı. Aprelin əvvəllərində üsyançıları rus qoşunu tərəfindən Sələş 
kəndindən çıxdıqdan sonra, kəndlilərin bir hissəsi üsyandan uzaqlaşdılar. 
Aprelin 22-də rus qoşunu üsyançıların son sığınacağı olan Əmburana hücum etdilər. Mayın 5-də 
Mir Həsən xan 20 nəfərlə İrana qayıtdı. Beləliklə iki ay çəkən Lənkəran üsyanı məğlub oldu. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin