Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   2   3   4   5   6   7   8   9   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 5 
katalikosluğunun hüquqlarını məhdudlaşdırdı. 1836-cı ildə Rusiyanın Müqəddəs Sinoqu tərəfindən 
alban katalikosluğu ləğv edildi. 2003-cü ildə alban katalikosluğu bərpa olundu.
Şimali Azərbaycanda əhalinin sosial tərkibində kəndllilər əsas yer tuturdu. XIX əsrin ortalarında 
kəndlilər ümumi əhalini 90 faizini təşkil edirdi. Onlar iki yerə: dövlət (xəzinə) və sahibkar kəndlilərinə 
bölünürdü. Xəzinə torpaqları çar hökümətinin etibarsız hesab etdiyi bəylər və keçmiş xanların 
torpaqları hesabına yaradılmışdı. Burada yaşayan kəndlilər də dövlətin ixtiyarına keçdi. Feodal asılı 
kəndlilərin ikinci qrupu sahibkar kəndliləri adlanırdı. 
Kəndlilər rəiyyət, rənclər və elatlara bölünürdü.―Üçüncü zümrə‖ yə daxil olan tacirlər sənətkarlar 
və başqaları, əsasən, şəhərlərdə yaşayırdılar. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 6 
MÖVZU 3 
XIX əsrin 30-50-ci illərində Şimali Azərbaycanda Rusiya imperiyasının 
iqtisadi siyasəti və əhalinin sosial tərkibi. 
Rusiya Şimali Azərbaycanı hərbi cəhətdən fəth etdikdən sonra onun yeraltıvə yerüstü təbii 
sərvətlərini mənimsəməyə başladı Cənubi Qafqazın xammal ehtiyatlarından və təbii sərvətlərindən 
istifadə etmək üçün bir sıra layihələr hazırlandı. 
1828-ci ildə Qriboyedov-Zavileyski, ―Rusiya-Cənubi Qafqaz ticarət şirkəti‖-nin layihəsini 
hazırladılar. Burada Cənubi Qafqazda şirkətlərin yaradılmasına üstünlük verilirdi. Lakin bu layihə rus 
zədaganlarının mənafeyini əks etdirsə də, qəbul edilmədi. Cənubi Qafqazda rus kapitalistlərinin təşkil 
etdikləri bir sıra cəmiyyət və şirkətlər meydana çıxdı. Çar Rusiyasının Şimali Azərbaycanda yetirdiyi 
iqtisadi siyasətin əsasını feodal müstəmləkəçilik münasibətləri təşkil edirdi. 
XIX əsrin 30-50-ci illərində, əvvəllər olduğu kimi Azərbaycanın kənd təsərrüfatında əsas yeri 
əkinçilik və maldarlıq tuturdu. Azərbaycanın təsərrüfat həyatında baş verən canlanma kənd 
təsərrüfatında özünü daha tez biruzə verdi. Dənli bitkilərdən buğda, arpa və çəltik əkin sahələri 
genişləndi. Rusiya bazarlarında çəltiyə olan təlabatın artması ilə ona daha çox diqqət yetirildi. 
Azərbaycanda üzümçülük, bağçılıq və bostançılıq da inkişaf edirdi. Üzüm daha çox Bakı, 
Yelizavetpol, Şəki və Şirvanda yetişdirilirdi. Azərbaycanda istehsal olunan qoz-fındığın bir hissəsi 
Rusiya bazarlarına çıxarılırdı. XIX əsrin 40-50-ci illərində buraya köçürülən rus kəndliləri kartof 
becərilməsinin əsasını qoydular. 
İpəkçilik kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri olan Şəki, Şirvan və Qarabağda daha 
geniş yayılmışdı. XIX əsrin 30-50-ci illərində Cənubi Qafqazda istehsal ediləsi ipəyin 85 faizi 
Azərbaycanın payına düşürdü. Rusiyanın ipək toxuculuğu sənayesi, əsasən Azərbaycanın xammalı ilə 
işləyirdi. Rusiya toxuculuq sənayesini boya maddəsi ilə təmin etməkdə Azərbaycanda istehsal edilən 
boya bitkisi-marena mühüm rol oynayırdı. Bakı əyalətində zəfəran becərilməsinə diqqət yetirilirdi. 
Pambığın Azərbaycanda becərilməsinə qədimdən başlansa da onun inkişafı ləng gedirdi. Bu vaxt 
Azərbaycanda tütün becərilməsinə başlanmışdı. 
Kənd təsərrüfatının mühüm sahələrindən biri olan maldarlıq da inkişaf etmiş, mal-qaranın sayı 
xeyli artmışdı. Azərbaycan iqtisadiyatının sürətlə inkişaf edən sahələrindən biri balıqçılıq idi. 
1829-cu ildə balıq vətəqələrinin xəzinəsinin ixtiyarına keçməsindən sonra burada xüsusi 
kapitalın mövqeyi gücləndi. Salyan balıq vətəgələri əsasında ―Salyan xəzinə qəyyumluğu‖ adlı 
kommersiya şirkəti yaranmışdı. 1845-ci ildə balıqçılıq sahəsində irəliləyiş olmadı, yenidən iltizam 
sistemi tətbiq olundu. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra onun ictimai mühasibətlər 
sistemində elə bir dəyişiklik baş vermədi. Azərbaycanda feodal sahibliyinin iki forması-xəzinə və 
xüsusi sahibkarlıq formaları mövcud idi. Torpağın bir hissəsini mülk, tiyul, mülk-xalisə və vəqf 
mülkiyyət kimi yerli feodalların əlində qalırdı. 
Feodal-asılı kəndlilər iki qrupa bölünürdü: dövlət (xəzinə) və sahibkar kəndliləri. 
Azərbaycanda, Qarabağ müstəsna olmaqla, digər yerlərdə dövlət kəndliləri üstünlük təşkil edirdi. 
Dövlət kəndliləri ağır şərtlərlə xəzinə torpaqlarını icarəyə götürür, xəzinəyə vergini məhsul və pulla 
ödəyirdilər. Sahibkar kəndlilərinin vəziyyəti daha ağır idi. Onlar həm sahibkara, həm də dövlət 
xəzinəsinə vergi verməli idilər. 35 növ vergi içərisində malcəhət, salyana, darğalıq, at arpası kimi 
vergilər də var idi. Ən ağır mükəlləfiyyət işləyib ödəmə (biyar) idi. Bütün kəndlilər sudan istifadə üçün 
bəhər vergisi verirdi. 
Bu dövrdə də, əsas sənətkarlıq sahələri-xalçaçılıq, toxucuculuq, quşçuluq, ipəkçilik, metalişmə 
və başqa sahələr idi. Xalçaçılıq daha çox inklişaf etmişdi. 
Şimali Azərbaycanda manufaktura tipli müəssisələr meydana gəlmişdi. 1829-cu ildən Şəkidə 
fəaliyyətə başlayan Xanabad ipək ―fabriki‖ belə müəssələrdən idi. Azərbaycanın başqa yerlərində də 
manifaktura tipli müəssisələr var idi. 
Azərbaycanda faydalı qazıntıların öyrənilməsi üçün ilk geoloji axtarışlara başlandı. 1855-ci ildə 
Gədəbəydə xırda misəritmə zavodu tikildi. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin