Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
14
torpaqsızlaşmasına və ya az torpaqlı olmasina səbəbolurdu. Ağır vergilər kəndlilərin vəziyyətini daha
da ağırlaşdırırdı.
XIX əsrin son rübündə çarizmin milli müstəmləkə zülmünə qarşı mübarizə daha da gücləndi.
Kəndlilər vergi verməkdən və mükəlləfiyyatlar daşımaqdan boyun qaçırır, sahibkarlara məxsus
torpaqları
ələ keçirir, hökümət məmurlarının, bəylərin evlərinə hücum edir, onları yandırır,
hətta
sahibkarları öldürürdülər.
XIX əsrin son rübündə Qazax, Cavanşir, Yelizavetpol, Şusa qəzalarında kəndlilərin fəal çıxışları
oldu. XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması həm dövlət,
həm də sahibkar kəndlilərinin iştirak etdiyi qaçaqçılıq idi. Müxtəlif dövrlərdə Qubadlıda Qaçaq Nəbi,
Qazax qəzasında Qaçaq Кərəm kimi söhrətli qəhrəmanlar yetişdi. Azərbaycanda milli müstəmləkə
zülmünə qarşı mübarizədə qaçaq hərəkətının böyük əhəmiyyəti oldu.
Fəhlə tətilləri
.
Bakıda neft sənayesi inkişafa başlayanda burada çalışan fəhlələrin
əksəriyyətini Abşeron
kəndliləri təşkil edirdi. Lakin sonrakı dövrlərdə neft sənayesinin coşqun inkişafı ilə əlaqədar onların
sayı Rusiya imperiyasının daxili quberniyalarından, Qafqazın digər ərazilərindən,
eləcə də Сənubi
Azərbaycandan iş dalınca gələnlərin hesabına artdı.
Azərbaycan fəhlələri sosial-siyasi hüquqlarından məhrum olub, az əmək haqqı
ilə çox işləməyə
məcbur idilər. Yaşayış üçün zəruri olan malların bahalığı, ev kirayəsinin yüksək olması fəhlələrin
vəziyyətini daha da dözülməz edirdi. Texniki təhlükəsizlik aşağı səviyyədə olduğu üçün müəssisələrdə
onlarca fəhlə bədbəxt hadisələr nəticəsində həlak olurdu. Qadın və uşaq əməyindən də geniş istifadə
olunurdu. XIX əsrin 70-ci illərindən başlayaraq Gədəbəy, Bakı və Nuxada dağınıq tətillər baş verirdi.
Fəhlələr maaşlarının artırılması, ailəli fəhlələrə mənzillər verilməsi və bu kimi sosial və iqtisadi
tələblər irəli sürürdülər. 1881 və1895-ci illərdə Bakıda tətillər baş verdi. Beləliklə, XIX əsrin sonunda
Azərbaycanda sənaye fəhlələri özünü mütəşəkkil qüvvə kimi göstərməyə başladı.