Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə13/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   9   10   11   12   13   14   15   16   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 13 
MÖVZU 6 
 
Millətin təşəkkülü
.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda millətin yaranmasının zəruri edən amillər 
(kapitalizmin inkişafı, ümumi bazarın, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, burjuaziya və 
fəhlələrin formalaşması) özünü göstərməkdə idi. 
Başqa millətlər kimi, Azərbaycan milləti də dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət birliyi 
zəminində tarixi sabit birlik kimi formalaşdı. 
―Azərbaycan milləti‖ sözünü ilk dəfə ―Kəşkül‖ qəzeti işlətdi. Milli ziyalıların qabaqcıl 
nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli 
millətin ideoloji təfəkkürünün formalaşmasında mühüm rol oynadılar. 
Azərbaycanda milli burjuaziyanın təşəkkülü milli təfəkkürün inkişafına təsir göstərdi. Milli 
burjuaziyanın görkəmli nümayəndəsi H.Z.Tağıyevin istedadlı gəncləri Rusiya və Avropanın təhsil 
ocaqlarına göndərilməsində, məktəb, teatr və məscidlərin abadlaşmasında böyük rolu olmuşdur. 
Millətin təzəcə təşəkkülü dövründə mütərəqqi demokratik cərəyana mənsub olan ziyalılar (Həsən 
bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ə. Haqverdiyev və b. ) Azərbaycanın, xüsusilə Bakının ictimai-
iqtisadi və siyasi həyatındakı yeni meylləri öz əsərlərində əks etdirirdilər. Bəhs edilən dövrdə yaşayıb-
yaratmış qabaqcıl ziyalılarımız milli süurun oyanmasında mühüm rol oynayırdılar. 
Zaqatala üsyanı. 
1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsinə hazırlıq хəbəri Şimali Azərbaycanın 
sosial-iqtisadi və siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan, 1860-cı ildə inzibati-ərazi vahidi kimi 
yaradılmış Zaqatala dairəsində narazılığa səbəb oldu. Çarizmin kobud müstəmləkə siyasəti, 
məmurların özbaşınalıgı, rüşvətxorluq, zorakı xristianlaşdırma siyasəti bölgədə ziddiyyətlərin 
kəskinləşməsində mühüm rol oynadı. 
Zaqatalaya gəlmiş hokümət komissiyasının hazırladığı islahat layihəsinə görə, yengiloylar və 
muğallar qazandıqları gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəməklə keşkəl sahiblərinin 
asılılığından azad edilməli idilər. Keşkəl sahibləri əsas gəlir mənbəyini itirmək təhlükəsi qarşısında 
qaldıqlarına görə burada islahatın keçirilməsini istəmirdilər. 
Yetişməkdə olan üsyanın başlanması üçün siqnal 1862-ci ildə Balakən kəndində kilsə tikilməsi 
oldu. Üsyan 1863-cü ilin iyununda rus ordusunun keçmiş zabiti Hacı Murtuzun rəhbərliyi ilə 
Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın köməkçiləri balakənli Bürcəli və carlı Molla Zəngi idi. 
Üsyan geniş sosial təbəqələri əhatə edən ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici 
qüvvəsini keşkəl sahibləri, müsəlman ruhaniləri və xalq təşkil edirdi. 
İyunun 5-də əhalinin dini hisslərinə təsir edərək daha çox tərəfdar toplamaq məqsədilə Hacı 
Murtuz imam elan olundu. Lakin Dağıstan camaatından gözlənilən köməyin gəlməməsi üsyan 
başlandığı andan üsyancılar arasında bir ümidsizlik yaratdı. iyunun 5-dən 6-na keçən gecə üsyançılar 
Zaqatala qalası üzərinə hücum etdilər. Lakin top atəşi altında geri çəkilməyə məcbur oldular. Rusiya 
hakim dairələri üsyanı yatırdılar. Üsyanın 18 nəfər ən fəal üzvi dar agacından asıldı, mindən çox 
üsyançı isə ailə üzvləri ilə birlikdə katorqa işlərinə göndərildi. Hacı Murtuz sürgün edildi. Vurulan 
ziyan üsyançıların hesabına ödənildi. 
Üsyanın məğlubolma səbəbləri, demək olar ki, XIX əsrin 30-cu illərində baş vermiş üsyanların 
məğlubolma səbəbləri ilə eyni idi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin