Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə21/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   17   18   19   20   21   22   23   24   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 20 
MÖVZU 9 
Cənubi Azərbaycan XIX əsrin 60-90-cı illərində sosial-iqtisadi həyat. 
Cənubi Azərbaycanda XIX əsrin ikinci yarısında təbii-coğrafi şərait əkinçiliyin, maldarlığın 
inkişafına əlverişli şərait yaradırdı. Cənubi Azərbaycan da torpaqların əsas hissəsini xalisə adlanan dövlət 
torpaqları təşkil edirdi. 1886-cı ildə şah dövlət torpaqlarının satılması haqqında fərman verdi. 
İri feodallar, xüsusən ruhanilər taxıl möhtəkirliyi ilə məşğul olurdular. 
Kəndlilər dövlətə vergi verirdilər. Dövlət vergisi bir qayda olaraq paydar kəndlilərin ümumi 
məhsulundan alınırdı. 
Kəndlilər dövlətə a) torpaq vergisi; b) baş pulu; c) ―sarkalla‖ (yarımköçəri həyat sürən maldarlar 
heyvanların sayına görə); d) ―qapıpulu‖ (otlaqlaragörə) və s. verirdilər. 
Kəndlilər əsas vergilərlə yanaşı, hərbi mükəlləfiyyət də daşıyırdılar. 
XIX əsrin 70-80-ci illərində Cənubi Azərbaycanda tacirlərin sayı artır, fəaliyyət dairəsi 
genişlənirdi. Onlar həm də sələmçiliklə məşğul olurdular. Xarici malların ölkəyə axını komprador 
burjuaziyanin (daxili bazarla xarici şirkətlər arasında vasitəçilik edən) inkişafı üçün şərait yaradırdı. 
Cənubi Azərbaycan kəndinə xarici kapital, xüsusilə də rus kapitalı nüfuz edirdi. 1891-ci ildə şah 
hökuməti tütün və tənbəki istehsalını ingilis kapitalisti Talbotun inhisarına vermişdi. 
Cənubi Azərbaycandan kəndlilərin qəsbkarlığa getməsi kütləvi şəkil almışdı. Xaricə iş dalınca 
gedənlərin əksəriyyəti Türkiyəyə, Cənubi Qafqaza (başlıca olaraq Şimali Azərbaycana), Volqaboyuna, 
Mərkazi Asiyaya və s. yerlərə gedirdilər. Onlar getdikləri yerlərdə ―qara fəhlə‖ kimi çalışır və yerli 
fəhlələrdən xeyli az maaş alırdılar. 
XIX əsrin 70-90-cı illərində Cənubi Azərbaycanda tez-tez çıxış və üsyanlar baş verirdi. 1872-ci 
ildə Təbrizdə vilayətin valisinə qarşı baş vermiş üsyan 1881-ci ildə onun Cənubi Azərbaycandan 
qovulması ilə nəticələndi. 
1898-ci ilin avqust - sentyabr aylarında Zeynəb paşa adlı qadının rəhbərliyi ilə Təbrizdə üsyan 
baş verdi. Üsyan taxıl möhtəkirliyinə qarşı yönəlmişdi. 
1891-1892-ci illərdə İranın bir çох yerlərində, о cümlədən Təbrizdə baş verən üsyan naticəsində 
şah höküməti tütün və tənbəki istehsalı üzərində ingilis Talbotun inhisar hüququnu geri alaraq onunla 
imzalanmış müqaviləni ləğv etdi. Su arxları mülkədarların xüsusi mülkiyyəti olaraq qalırdı. Dövlət 
xəzinəsi torpağın haqqını 20 il ərzində kəndlilərdən toplamalı idi, mülkədarlar isə torpaq üçün 
əvəzhaqqını dövlət xəzinəsindən alırdı. 
1912-ci il aqrar qanunu Zaqatala dairəsi kəndlilərinə şamil edilmədi. 1913-cü il iyulun 7-də 
hökümət Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin ləğv olunması haqqında qanun 
qəbul edildi. 1912-1913-cü illər aqrar qanunları pay torpaqlarının sahibkar kəndlilərinin xüsusi 
mulkiyyətinə çevrilməsinə, onların ―müvəqqəti mülkiyyətli‖ münasibətlərdən azad edilməsinə imkan 
verdi. Azərbaycan kəndində kapitalist münasibatlərinin inkişafı və ictimai təbəqələşmə getdikcə 
sürətlənirdi. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin