Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 21 MÖVZU 10 Cənubi Azərbaycanda XIX əsrin 30-50-ci illərində . Türkmənçay müqaviləsinin şərtinə əsasən Azərbaycanın cənub hissəsi İranın hakimiyyəti altında
qalmış, bu dövrdə onun iqtisadi həyatında elə bir dəyişiklik olmamış; aqrar ölkə olaraq qalmışdır. XIX
əsrin 30-50-ci illərində Cənubi Azərbaycanda təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edirdi.
Dənli bitkilərlə yanaşı texniki bitkilərdə becərilirdi. Xoyda becərilən pambıq İranda keyfiyyətinə görə
ən yaxşı pambıq hesab edilirdi. Marağa və Urmiyada keyfiyyətli kişmiş hazırlanırdı şəhərlərin sosial-
iqtisadi həyatında sənətkarlıq mühüm rol oynayırdı. Müharibədən sonra Avropa ölkələrindən hazır
sənaye mallarının gətirilməsi toxuculuğa zərbə vursa da, xalçaçılıq, kecəçilik və s. istehsal sahələri
xarici malların rəqabətinə məruz qalmışdı.
Cənubi Azərbaycan şəhərlərində manufaktura tipli müəssisələr inkişaf edirdi və yeni kapitalist
istehsal üsulunun inkişafı başlayırdı. Asiya ilə ticarət əlaqələrinin inkişafında Cənubi Azərbaycan
şəhərləri (Təbriz, Marağa, Urmiya və s.) mühüm rol oynayırdı. Avropa şirkətləri Təbrizdə öz ticarət
mərkəzlərini açmışdılar.
1833-1851-ci illərdə Təbrizdən xaricə göndərilən məhsullarının yarıya qədəri Rusiyaya ixrac
edilmişdi. Rusiyaya ixrac edilən malların çoxu Şimali Azərbaycanda satılırdı. Şimali Azərbaycandanda
buraya ağ neft, ipək, az miqdarda mis və s. gətirilirdi.
İctimai-siyasi quruluş . XIX əsrin birinci yarısında Cənubi Azərbaycanın feodal münasibətlərində elə bir dəyişiklik baş
verməmişdi. Torpaq üzərində əvvəlki mülkiyyət formaları qalmaqda idi. Torpaq və kəndlilərin çoxu
dövlətin ixtiyarında idi. Torpağın çox hissəsi dövlət Şahın sərəncamında olan xalisə torpaqlar idi.
Ayrı-ayrı şəxslərə xidməti müqabilində verilən torpaqlar tiyul idi. Xidməti müqabilində ayrı-ayrı
qəbilə tayfalarına verilən torpaqlar elati adlanırdı. Mülk-feodalların xüsusi mülkiyyətində olan torpaq
sahibliyinə deyilirdi. Vəqf-dini idarələrə məxsus olan torpaq mülkiyyət forması idi. Kəndlilərin cüzi
miqdarda torpaq sahələri ―xırdamalik‖ adlanırdı belə torpaqları daha çox Urmiya əyalətlərində geniş
yayılmışdı. Kəndlilərin əksəriyyəti torpaqsız idi, onlar ağır şərtlərlə feodalların torpaqlarını becərir,
onlara məhsul rentası, dövlətə isə vergi verirdilər. Renta çox vaxt məhsulun yarısını təşkil edirdi.
Renta və vergi məhsulla, bəzən pulla ödənilirdi. Şəhər əhəlisinin əksəriyyətini sənətkar və tacirlər
təşkil edirdi. Şəhərlərin imtiyazlı təbəqəsini əyan və əşraflar təşkil edirdi. Sənətkarlar sexlərdə, tacirlər
ittifaqlarda birləşirdilər. Tacir ittifaqının başında məliküttücar dururdu.
Gülüstan müqaviləsindən sonra Cənubi Azərbaycan İranın dörd əyalətindən birinə çevrildi.
Cənubi Azərbaycanda Maku, Urmiya, Nəmin, Gərgər xanlıqları istisna olmaqla , digər xanlıqlar ləğv
edildi. Vilayətlər isə əyalətlərə bölündü. Xanlıqların daxili müstəqilliyinə toxunulmadı. Onlardan vergi
və silahlı qüvvə tələb edilirdi. İran qoşunun əsasını Cənubi Azərbaycan əhalisi təşkil edirdi. Digər
xanlıqlar ləğv edilmiş, həmin əyalətlərin idarə edilməsi şah tərəfindən təyin edilmiş şəxslərə
tapşırılmışdı.
Fətəli Şahdan başlayaraq (1797-1834) Qacarların daxili və xarici siyasətində Cənubi Azərbaycan
mühüm yer tuturdu. Cənubi Azərbaycan vəlihəd vilayəti adlanır onun iqamətgahı Təbriz idi. Təbriz
ikinci paytaxt hesab edilirdi. Xarici ölkələrin diplomatik nümayəndələri ilk dövrlərdə Təbrizdə
yerləşirdi. İngilis səfirliyi 1814-cü ildə İrana göndərilən rus səfirliyi 1828-ci ildə Təbrizdə idi. İrandakı
üç rus konsulluğundan biri də burada yerləşirdi.