Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 27 MÖVZU 12 Çarizmin Şimali Azərbaycanda milli qırğın siyasəti . ―Xalqlar həbsxanası‖ adlandırılan Rusiyada xalqlar bir-birinə qarşı qoyulur, milli ləyaqətləri təhqir
edilirdi. İstənilən vaxt millətlər arasında münaqişə yaratmağa qadir olan çarizm 1905-1907-ci illərdə
Azərbaycanda dövlət səviyyəsində hazırlanan milli qırğın törətdi. Hökumətin milli qırğın siyasətinin
həyata keçirilməsində Daşnaksütyun Partiyası və erməni quldurların həlledici rol oynadı. Milli qırğın
nəticəsində 158 müsəlman kəndi dağıdılmışdı.
―Böyük Ermənistan‖ xülyasına düşən ermənilər Rusiyanın köməyi ilə Cənubi Qafqazda
muxtariyyət almağa ümid edirdilər. Onlar hər vasitə ilə azərbaycanlıların doğma yurdlarından didərgin
salmağa çalışırdılar. Ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri cinayətlərdən
aşağıdakıları göstərmək olar:
Fevralın 6-dan 10-dək davam edən qırğında Bakıda 2 mindən çox azərbaycanlı öldürüldü.
Mayın 24-də İrəvanda 11 nəfər qətlə yetirildi. Yayda Məngüs, Güllücə, Kamal, Uşu, Təkyə
kəndləri viran edildi. Buna baxmayaraq Qacar , Şeyxməli, Xırmancıq kəndlərində erməni quldur
dəstələrinin hücumlarının qarşısı alınmış, əhali onları geri çəkilməyə məcbur etmişdi. Avqust ayında
Şuşada törədilən milli qırğının qarşısı alındı və döyüş azərbaycanlıların qələbəsi ilə başa çatdı.
Şimali Azərbaycanda milli-demokratik hərəkat . XX əsrin əvvəllərində Şimali Azərbaycanda milli və ictimai zülm olduqca dözülməz idi. Qonşu
xalqlar daha asanlıqla milli məktəblər, ana dilli mətbuat, kilsə açdıqları halda, azərbaycanlılara bu
imkanlar az verilir, onlar hətta təzyiqlərə məruz qalırdılar.
Rusiyada 1905-1907-ci illər inqilabı Azərbaycanda milli burjuaziyanın formalaşmasına və milli
şüurun inkişafına böyük təsir göstərdi.
İmperiyanın və dünyanın müxtəlif elm ocaqlarında təhsillərini başa vurub qayıdan gənclər milli-
demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynayırdılar. Milli hərəkatda ―millət və
hürriyyət‖ və s. ideyalar geniş vüsət almışdı.
Milli ziyalıların qabaqcıl nümayəndələri Həsənbəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy
Agayev, Firudin bəy Köçərli, Məmməd Əmin Rəsulzadə və b. obyektiv olaraq Azərbaycanın milli
müstəqilliyini ümumtürk azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular. Milli hərəkatın əsas
aparıcı qüvvəsi milli burjuaziya və demokratik ziyalılar idi.
1905-ci ilin yaz-yay aylarında Əlimərdan bəy Topçubaşovun bilavasitə rəhbərliyi ilə hazırlanmış
və Nazirlər Kabinetinə verilmiş ərz-hallar Azərbaycanın çar hökümətinə təqdim etdiyi ilk proqram
sənədi idi. Bu ərz-hallarda Qafqazda, о cümlədən Azərbaycanda islahatların keçirilməsi tələb edilirdi.
1905-ci il avqustun 15-də Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının I qurultayı
―İttifaqi-muslimin‖ ("Musəlman ittifaqı") adlı təşkilat yaratmağı qərara aldı.
Çarizmin 1905-ci il 17 Oktyabr manifestindən sonra O.Topçubaşov və Ə.Ağayev Peterburqda
yaşayan tatar Əbdürrəşid İbrahimovla birlikdə ―Müsəlman ittifaqı‖nın nizamnaməsini və proqramını
hazırladılar. 1906-cı il yanvarın 15-25-də Peterburqda keçirilən Ümumrusiya müsəlmanlarının II
qurultayında bu nizamnamə və proqram bəyənildi. Proqramda Ümumrusiya türklərini birləşdirmək və
çarizmə qarşı vahid cəbhədə mübarizə aparmaq vəzifəsi qoyulmuşdu.
1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III
qurultayında ―Müsəlman ittifaqı‖na rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə
yaratmaq qərara alındı.
Qurultayda siyasi probləmlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin
yaradılması, ibtidai icbari təhsilə keçilməsi, təhsilin ana dilində aparılması, milli kadrların hazırlanması
üçün Bakıda, Kazanda, Baxçasarayda pedaqoji institutların açılması qərara alındı.