Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 35 nin fəal üzvləri daxil oldular. İki gün ərzində Təbriz tutldu. Xiyabani bildirdi ki , biz Vüsüqüddövlə və
ingilislərlə yalançı saziş bağlanmış hökumət əleyhinə üsyan etmişik.
İİH Tehrandan gəlmiş məmurlar və hərbiçiləri ADF-nin üzvləri ilə əvəz etməyi qarşıya məqsəd
qoymuşdu. Azərbaycan əyalətinə vali təyin edilən Eynüddövlə İİH-nin 8 maddədən ibarət tələbini
qəbul edəndən sonra Təbrizə gəldi. O, demokratların tələblərini sözdə qəbul etdi və qiyamın qarşısını
ala bildilər. İngilis səfrinin nümayəndəsi Edmond Xiyabani ilə danışıqlar aparırdı. Xiyabaninin tələbi
ilə 1920-ci ildə hind sipahiləri Təbrizdən çıxarılıb Azərbaycandan kənarlaşdırıldı.
Təbriz üsyanı ilə bütün İranda imperializmə və daxili irticaya qarşı hərəkat yeni vüsət aldı. 1920-
ci il iyunun ilk günlərində Gilan Respublikası elan edildi. Burada Təbriz üsyanına xüsusi maraq
göstərilirdi.
Milli Hökumetin təşkili, fəaliyyət və süqutu . 1920-ci il iyunun 23-də müvəqqəti icra hakimiyyəti orqanı İİLH əsasında Milli Hökumet ( MH )
təşkil olundu. Azərbaycan ―Azadistan‖ adlandırıldı. Xiyabani onun sədri seçildi. MH iyunun 24-də
―Təcəddüd‖ qəzetinin redaksiyasından əvvəl mərkəzi hökumət binası olan Alaqapıya köçürüldü.
MH-in tələbi ilə vali Eynüddövlə və Tehrandan göndərilən digər məmurlar Təbrizdən çıxarıldı.
Bu hökumətin xırda və orta mülkiyyətçilərin, ziyalıların, ticarət burjuaziyasının nümayəndələrindən
ibarət idi. Milli hökumət ingilislərə və daxili keçirməyə çalışırdı. O, demokratik İranın tərkibində
Azərbaycana muxtariyyət verilməsini nəzərdə tuturdu. MH Təbriz üsyanının və azərbaycanlıların
İranda xalq nümayəndələrindən ibarət hökumət yaradılmasında mühüm rol oynayacağına inanırdı.
Buna görə Xiyabani deyirdi: ―Təbriz İrana nicat verəcəkdir‖. MH yaranandan sonra onun rəhbərləri
İranda şah rejiminin ləğvinə və respublika yaradılmasına çalışırdılar.
MH bir sıra tədbirlər gördü. Kənd təsərrüfatı , maarif maliyəə , səhiyyə və s. sahələrdə islihatlar
keçirdi. Təbrizdə 100 nəfər yoxsul qız oxuyan məktəb açdı, jandarm və polis dəstələri təşkil etdilər,
zavodlar və s. açdı. Azadistan adına lövhə vuruldu. Üzərində İran dövlətinin gerbi (Şir – Xurşud)
saxlanılmaqla Azadistan adını (Məmləkət Azadistan) əks etdirən banklar hazırlanmışdı. Cənubi
Azərbaycanda baş qaldırmış. Coşqun milli azadlıq hərəkatı İran hökumətini və ingilisləri çox ciddi
naraht edirdi.
Tehranda Böyük Britaniya nümayəndəliyi isə mərkəzi hökumətin Azadistana (Azərbaycana)
hazırladığı silahlı hücum planının təşkilatçısı idi. Sentyabrın 11-də Təbriz üzərinə qəfil hücum təşkil
edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə
―Tərəddüd‖ qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına
baxmayaraq, qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlalı
mübarizədə şəhid oldu.
Üsyançılara amansızcasına divan tutduldu. İran irticasının başçısı Müşirüddövlə isə Cənubi
Azərbaycanda və İranın müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı ―xidmətlərinə‖ görə şah
tərəfindən birinci dərəcəli ―Taci Kəyan‖ nişanı ilə təltif edildi.
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş üsyan İrandakı imperialist ağalığına, şahlıq
quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük
əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfə baxışları Azərbaycan xalqının
milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır.