Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə37/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   33   34   35   36   37   38   39   40   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 34 
MÖVZU 17 
Təbriz üsyanı. Milli hökumətin yaranması, fəaliyyəti, süqutu
( 1917-1920 ). 
Birinci dünya müharibəsi dövründə İran özünü birtərəf elan etmişdi. Buna baxmayaraq , İranın 
şimal – qərb rayonları , o cümlədən Cənubi Azərbaycan torpaqları Antanta və alman - türk ordusunun 
hərbi əməliyyatlar meydanına çevrilmişdir. Müharibə İranda Rusiya bazarından asılı olan iri və orta 
sahibkarların iqtisadi vəziyyətini ağırlaşdırdı. 
1917–ci il fevralın 27-də Rusiyada qalib gəlmiş burjua demokratik inqilabı Cənubi 
Azərbaycanda milli–azadlıq demokratik hərəkatına təsir göstərdi. Lakin rus qoşunları İrandan 
çıxarılmadı. Demokratik qüvvələr həm İran irticasının , həm də işğalçıların təzyiqinə məruz qaldı. 
Cənubi Azərbaycanda əhalinin çıxışlarına İran Demokratik Partiyasının ( İDP ) əyalət komitəsi 
istiqamət verirdi. Əyalət komitəsinin rəhbəri Şeyx Məhəmməd Xiyabani idi. 1917-ci il aprelin 9-da 
İDP əyalət komitəsinin orqanı ―Təcəddüd‖ 9 yeniləşmə ) qəzeti çap olunmağa başladı. Cənubi 
Azərbaycanda Tehrandan Təbriz valisi Sərdar Rəşid və Urmiya hakimi vəzifələrindən kənarlaşdırıldı. 
1917-ci il avqustun 24-də Təbrizdə İDP-nin Azərbaycan əyalət komitəsinin konfransında Azərbaycan 
Demokratik Firqəsi ( ADF) müstəqil elan olundu. ADF-nin Mərkəzi Komitəsi və onun rəhbəri 
Ş.M.Xiyabani seçildi. 1918-ci ilin fevralnda ADF-nin Bakı təşkilatı yaradıldı və bu təşkilat Cənubi 
Aərbaycan əhalisini azadlıq uğrunda mübarizəyə ―Azərbaycan‖ qəzetini nəşr etdi. 
ADF – nin rəhbəri Xiyabani özünün siyasi – nəzəri platformasını ―Təcəddüd‖, yəni ―Yeniləşmə 
məskəli‖ adlandırdı. ADF – də sol və sağ cinahlar var idi. Sağ cinah fars dilini danışıq dili hesab edirdi. 
Xiyabani başda olmaqla sağ sol cinah danışıq dilinin Azərbaycan dili olmasının, İranda demokratik 
hökumət yaradılmasını, Azərbaycana İranın tərkibində muxtariyyət verilməsini, ingilislərin əlində 
oyuncağa çevrilmiş hökumətin istefa verməsini tələb edirdilər. Sollar 1917 – ci il noyabr – dekabr 
aylarında Cənubi Azərbaycanda bu tələblərlə çıxış etdilər. Xalqın çıxışları nəticəsində 1917 – ci ilin 
sonunda Vüsüqqüsövlə hökuməti istefa verməyə məcbur oldu. 
1918-ci ilin əvvəllərində Rusiya qonşularını İrandan çıxartdı. İngilis hökuməti isə 1918-ci ilin 
yanvarında general Denstervilin xüsusi hərbi dəstəsini İrana göndərdi. Bu dəstə Ənzəli və Rəşti , sonra 
isə Bakını işğal etməli idi. Cənuba isə başqa dəstələr göndərildi. Onlar Zəncan və Miyanəni işğal 
etdilər. Xoya və Urmiyada ingilis zabitlərinin komandanlığı altında polis və qoşun dəstələri yerləşdirdi. 
İngilispərəst Vüsüqqüssövlə yenidən hakiməyyətə gətirildi. 
Həmin dövrdə keçmiş rus, fransız zabitləri və amerikan generallarının təhriki ilə Cənubi 
Azərbaycanın şimal-şərqində ruslar, ermənilər, kürdlər Azərbaycan türklərə qarşı soyqırımı törədildi. 
1918-ci ilin əvvəllərində türk hərbi hissələrinin azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərinin 
qarşısnı almaq üçün Cənubi Qafqaza və Cənubi Azərbaycana daxil olması vəziyyəti dəyişdirdi. Türk 
qoşunları Maku xanlığı, Urmiya, Səlmas və Təbrizi tutdular. Lakin Osmanlı Türkiyəsinin dünya 
müharibəsində məğlub olması qonşunun həm Şimaldan, həm də Cənubdan çıxarılmasına səbəb oldu. 
Onların yerini ingilis qonşunu tutdu. 
İngilislər İrandakı fəaliyyətini rəsmiləşdirmək üçün Vüsüqüssövlə hökuməti ilə 1919-cu il 
avqustun 9-da İngiltərə-İran müqaviləsini bağladılar. İran İngiltərədən siyasi və iqtisadi asılılığa düşdü. 
Bu müqavilə ABŞ-ın mənafeyinə toxunurdu. ABŞ buna görə də İranda kütlələrin narazılığnı ingilislərə 
qarşı yönəltdi. İngiltərə-İran sazişi xalqın narazılığına səbəb oldu. Narazılıqlar Cənubi Azərbaycanın 
əsas şəhərlərini əhatə etdi. 1919-cu il oktyabrında Təbrizdə üsyan baş verdi, vali şəhərdən qovuldu, 
çıxışlar 1920-ci ilə ingilis hərbi hissələri Təbrizdən çıxarıldı. Bu dövrdə ADF-i fəal mübarizə metodu 
keçdi. 
1920-ci il aprelin ilk günlərində ADF-nin üzvlərindən bir neçəsinin həbs edilməsi üsyanın 
başlanmasına təkan verdi. Aprelin əvvəlində demokratlar silahlandılar və ―Təcəddüd‖ qəzeti 
redaksiyasına toplaşdılar. Aprelin 7-də ADF-i silahlı üsyan planı hazırladı və həmin gün üsyan qalib 
gəldi. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı silahlı üsyan mərhələsinə qədəm qoydu. Üsyana 
rəhbərlik etmək üçün ―İctimai İdarə Heyəti‖ (İİH) təşkil edildi. Buraya Xiyabani başda olmaqla ADF-



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin