Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə39/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   35   36   37   38   39   40   41   42   ...   114
Azərbaycan tarixi

 
 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 36 
MÖVZU 18 
 
1920-1930-cu illərdə Cənubi Azərbaycanda sosial–siyası vəziyyət 
 
Ş.M.Xiyabaninin başçılıq etdiyi üsyan yatırıldıqdan sonra demokratik hərəkatı yenidən 
canlandırmaq üçün daha bir neçə təşəbbüs edildi. 1921-ci ilin sentyabrında Təbrizdə Ş.M.Xiyabaninin 
qətilinin il dönümünə həsr olunmuş mitinq keçirildi. Mitinqdə Ş.M.Xiyabaninin milli-azadlıq uğrunda 
mübarizəsini davam etdirmək çağırışları səsləndirildi. Sentyabrın sonu-oktyabrın əvvəllərində 
Azərbaycan Demokratik Firqəsinin (ADF) Təbriz təşkilatının gizli konfransı keçirildi. Konfrans yerli 
təşkilatları bərpa etmək və antiimperialist, antifeodal,demokratik hərəkatı genişləndirmək çağırışı ilə 
xalqa müraciət etdi və təşkilatı iş aparmaq üçün yeni komitə seçdi. 1922-ci ilin yanvarında Cənubi 
Azərbaycandakı jandarm hissələri mayor Lahutinin başçılığı ilə mərkəzi hökümət əleyhinə üsyan 
qaldırdı. Demokratların bir hissəsi də üsyançılara qoşuldu. Lakin üsyan fevralın ortalarında yatırılırdı. 
Cənubi Azərbaycanda demokratik qüvvələrin məğlubiyyəti ölkəni böhrandan çıxarmaq 
uğrunda mübarizədə təşəbbüsün varlı təbəqələrin əlinə keçməsi ilə nəticələndi. 
1921-ci ilin fevralında Tehranda dövlət çevrilişindən sonra hərbi nazir, 1923-cü ildən isə baş 
nazir vəzifələrini tutmuş polkovnik Rza xan hərbi qüvvələrə arxalanaraq ölkədə güclü dövlət 
hakimiyyəti yaratmaq niyyətində idi. Cənubi Azərbaycanın maliyyə cəhətdən güclü olan təbəqələri də 
Rza xanı müdafiə edirdi. 1924-cü ildə seçilmiş yeni parlament 1925-ci ilin oktyabrında Qacarların 
devrilməsini elan etdi. Dekabr ayında isə Məclisi-Müəssisan Rza xanı Pəhləvi adı ilə şah seçdi. 
Beləliklə, Azərbaycan türk sülaləsi olan Qacarları fars Pəhləvi sülaləsi (1925-1979) əvəz etdi. 
1920-ci illərin ikinci yarısı-30cu illərdə Pəhləvilərin keçirdiyi iqtisadi, siyasi-inzibati, sosial-
mədəni islahatlar dövləti xeyli möhkəmləndirdi, onun Qərb dövlətlərindən asılılığını zəiflətdi. Lakin 
bu islahatlar kəndlilərin feodal asılılığına son qoymadı,yalnız onu müəyyən dərəcədə məhdudlaşdırdı. 
30-cu illərin əvələrindən başlayaraq İranla SSRİ, o cümlədən Cənubi Azərbaycan arasında 
iqtisadı əlaqələrin zəifləməsi və sonralar tamamilə kəsilməsi ölkənin iqtisadi həyatına ağır zərbə vurdu. 
Kənddə sosial təbəqələşmə yoxsulların sayını artırdı. Kəndlilər çörək dalınca şəhərə axışırdı. 
Onların ağalara qarşı çıxışları isə qəddarlıqla yatırıldı. 
1920-1930-cu illərdə Cənubi Azərbaycanda milli ayrı seçkilik, zorla farslaşdırma, paniranizm 
(farsların qatı millətçi hissəsinin şovinist nəzəriyyəsi) siyasəti aparılırdı. Rza şah rejimi dövründə 
azərbaycanlılara qarşı milli zülmün əsası qoyuldu. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin