Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə36/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   32   33   34   35   36   37   38   39   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 33 
Cənubi Azərbaycan İran İnqilabının mərkəzi kimi. Beləliklə, 1908-ci il iyunun 23-də Tehranda 
əksinqılabi dövlət çevrilişi baş verdi. Konstitusiya tərəfdarlarına və demokratik qüvvələrə divan 
tutuldu. Bundan sonra əksinqilabı qüvvələrin Təbrizə hücumları gücləndi. Feodal atlı dəstələri və 
kazak hissələri şəhərin bir hissəsini ələ keçirdi. Meydan çayının sağ hissəsi əksinqilabçıların əlində 
qaldı. Lakin əkinqilabçılar sol hissədə olan məhəllələri də ələ keçirməyə başladılar. Əmirəxız 
məhəlləsini isə Səttərxanın başçılığı ilə fədailər müdafiə edirdi. Bağırxanın başçılıq etdiyi dəstə də 
əksinqilabçılara ciddi müqavimət göstərirdi. İnqilaba sadiq olan qüvvələr Bədirxanın ətrafında 
toplaşmağa başladılar. 
1908-ci il iyulun 1-də şahın əmri ilə hökümət qoşunları və İranın ayrı-ayrı yerlərindən gəlmiş 
feodal dəstələri şəhər üzərinə hücuma keçdi. Şəhərin ətrafla əlaqəsi kəsildi. Bir çox məhəllələr ələ 
keçirildi. Yalnız Səttraxanın dəstəsi mətanətlə müqavimət göstərirdi. 1908-ci il iyulun 18-də Səttarxan 
inqilabın gedişində dönüş yaradan bir fədəkarlıq gösətərdi. O, kiçik dəstələri ilə hücuma keçərək, 
Təbrizin mərkəzi, küçələrində asılmış ağ bayraqların yerinə qırmızı bayraqları asdı, ağ bayraqlardan 
təmizlənmiş Təbriz İran inqilabının mərkəzinə çevrildi. Bu inqilabı qüvvələri ruhlandırdı. Silahlı 
qüvələri hərbi cəhətdən təşkil etmək üçün Səttarxanın başçılığı ilə ―Hərbi şura‖ yaradıldı. Oktyabrda 
əksinqilabı qüvvələr şəhərdən kənara çıxarıldı. Bu üsyançıların İran irticası üzərində böyük qələbəsi 
idi. Bu qələbələrə görə Səttərxan ―sərdare-milli‖ (―millət sərkədəsi‖), Bağır xan ―salare-milli‖ 
adlandırıldı. Rusiyanın ―Novaya vremya‖ jurnalı onu İran inqilabının Puqaçovu, Avropa mətbuatı İran 
inqilabının Hannibalı adlandırırdı. Maku istisna olmaqla, Cənubi Azərbaycanın bütün əyalətləri 
əksinqilabçılardan təmizləndi. 
Qafqazdan, Mərkəzi Asiyadan, Türkiyədən Təbriz İnqilabçılarına yardımlar və kömək 
göndərilirdi. Azərbaycan milyonçuları H.Z.Tağıyev, N.Mütəllibov inqilabçılara pulla yardım 
etmişdilər. İstanbulda yaradılmış (1908) ―Əncüməne-səadəte İraniyan‖ (İranlıların səadət şurası) 
üsyançılara silahla kömək edirdi. 
Təbriz inqilabçılarının qələbələri bütün İranda Konstitusiya tərəfdarlarını yenidən hərəkətə 
gətirdi. 1909-cu ildə İsfahan üsyançıları uğur qazandı. Qarşıda Tehrana hücum dururdu. 
Lakin şah höküməti Azərbaycana qarşı yeni dəstələr göndərdi, Səttərxana və Bağırxana qarşı 
fitnəkar tədbirlər hazırlayırdılar. 1909-cu ildə əksinqilabi qüvvələr Təbrizi mühasirəyə aldılar. Şəhərdə 
aclıq başladı, vəziyyət pisləşdi. Belə bir şəraitdə 1909-cu il aprelin 25-də İngiltərə ilə əlbir olan çarizm 
guya tələbləri müdafiə etmək bəhanəsi ilə şəhərə qoşun yeritdi. Şah hökümətinin əsgərləri şəhərdən 
çıxdı, rus qoşunu mücahidləri tərkislah etməyə başladı. 
Gilan və İsfahanda inqilabi hərəkat genişləndi. İnqilabçılar Tehranı ələ keçirdilər. 1909-cu ilin 
iyulun əvəllərində Məmmədəli şah devrildi, onun 14 yaşlı oğlu Sultan Əhməd taxta çıxarıldı. 
Konstitusiya yenidən bərpa edildi. Mərkəzi hökümət İngiltərə və Rusiyanın təhriki ilə Səttətxan və 
Bədirxanı Təbrizdən çıxarmağa çalışırdı. Onları Tehrana dəvət etdilər. Əvvəl razı olmasalar da, qan 
tökülməsin deyə, Tehrana getməyə razılıq erdilər. 1910-cu il martın 19-da onlar bir dəstə fədai ilə 
Tehrana getdilər, onları şəhərdə təntənə ilə qarşıladılar. 1910-cu il avqustun 7-də fədailərin 18 nəfəri 
öldürüldü, 40 nəfər, o cümlədən Səttərxan da yaralandı. Sonradan Səttərxan bu yaralardan öldü. Bir 
çox fədailəri həbs etdilər. Səttərxan və Bağır xanın Azərbaycana qayıtmasını qadağan etdilər. 
Təbrizə əksinqilabçıların hücümları davam edirdi. 1911-ci il dekabrın 20-də şəhərə hücuma 
başlayan çar qoşunları dekabrın 18-də onu ələ keçirdi. İnqilabi qüvvələr təqib edir və onlara amansız 
divan tuturdular. 
1905-1911-ci illər İran burjua inqilabı, Azərbaycandakı inqilabı hərəkat xarici müdaxiləçilərin-
İngiltərə və Rusiyanın fəal iştirakı ilə yatırıldı. İnqilab Azərbaycan xalqının ictimai-siyası və milli 
şüurunun inkişafında böyük rol oynadı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin