Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Partiyasının şöbələri yaradılmışdı



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə32/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   28   29   30   31   32   33   34   35   ...   114
Azərbaycan tarixi


Partiyasının şöbələri yaradılmışdı. 
1913-cü ildə öz fəaliyyətini dayandıran bu siyasi təşkilat yalnız 1917-ci ildə fəaliyyətini bərра 
etməyə başladı. ―Müsavat‖ Partiyası Azərbaycan Cumhuriyyətinin yaranmasında mühüm rol oynadı. 
1915-ci ildə M.Rəsulzadə partiyanın mətbuat orqanı olan ―Açıq söz‖ qəzetini nəşr etdirməyə 
başladı. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 30 
MÖVZU 14 
 
Azərbaycanlı deputatlar Rusiyanın Dövlət Dumasında. 
II Nikolayın Dumaya seçkilər keçirilməsi haqqında 1905-ci il 11 dekabr fərmanına uyğun olaraq 
1906-cı il mayın 31-də Azərbaycanda I Dumaya seçkilər keçirildi. Əlimərdan bəy Topçubaşov, 
İsmayıl xan Ziyadxanlı, Məmmədtaği Əliyev, Əsədulla bəy Muradxanov, Əbdürrəhim bəy 
Haqverdiyev I Dumaya deputat seçildilər. 
Rusiya müsəlmanlar içərisindən seçilən 46 deputat Ə.Topçubaşov başda olmaqla ―Müsəlman 
fraksiyası‖nda birləşdi. 1906-ci ilin aprelində işə başlayan və cəmi 72 gün fəaliyyət göstərən I Duma 
iyulun 7-də buraxıldı. 
1906-cı ilin sonu - 1907-ci ilin əvvəlində Azərbaycanda II Dumaya seçkilər keçirildi. Fətəli xan 
Xoyski, Məmməd ağa Şahtaxtinski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev (Hacı Zeynalabdin 
Tağıyevin oğlu), Mustafa Mahmudov, Zeynal Zeynalov bu dumaya deputat seçildilər. 
II Duma 1907-ci il 20 fevralda ilk iclasına başladı. Fəaliyyətini 103 gün davam etdirən II Duma 
1907-ci il iyulun 3-də buraxıldı və III Dumaya seçkilər haqqında qanun verildi. Qafqaz, Mərkəzi Asiya, 
Sibir xalqdan seçki hüququndan məhrum edildilər. 1907-ci ildə III Dumaya Cənubi Qafqaz 
müsəlmanlarından cəmi bir nəfər-Xəlil bəy Xasməmmədov seçildi. 
1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dumaya seçkilərdə da Azərbaycandan yalnız bir nəfər 
Məmmədyusif Cəfərov deputat seçildi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin