Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 25 1900-cü il mayın 1-də çar hökuməti dövlət kəndlilərinin torpaq münasibətlərini qaydaya salmaq
üçün qanun verdi. ―Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu‖ haqqında bu qanun dövlət
kəndlilərinə kənd icması yığıcaqlarını razılığı ilə icma torpaqlarından nəsli istifadə hüququ verirdi.
Qanun bu maddəsi icma torpaq mülkiyyətinə çox ağır zərbə vururdu.
1903-cü il aprelin 21-də qüvvəyə mindi. Qanuna görə, pay torpaqlarının planı hazırlanarkən,
istifadə edilən mövcud sənədlər əsas götürülməli idi. Əsasnamədəki yenilik kəndilələrə əlavə pay
torpağının verilməsi, çəmən, otlaq və meşələrdən pay ayrılması qaydalarından ibarət idi. Lakin nə
qanun, nə də əsasnamə dövlət kəndilərin torpaq quruluşu məsələsini tam həll etmədi.
1912-ci il dekabrın 20-də ―Cənubi Qfqaz quberniyalarıda torpaqların məcburi sürətdə satın
alınması haqqında‖ qanun verildi. Qanunla birlikdə onun həyata keçirilməs i üçün ―Qaydalar‖ da
təsdiq olundu. Həmin ―Qaydalar‖a görə, Azərbaycandakı sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən
mükəlləfiyyət daşımaqdan azad olunurdular. Elə həmin vaxtlar kəndlilər onların xüsusi mülkiyyəti
elan edilmiş pay torpaqlarını məcburi şəkildə satın almalı idilər. Onlar yalnız torpaq nizamnaməsində
göstərilən torpağı öz mülkiyyətiə keçirə bilərdi. İcarəyə verilən torpaqlar mülkədarın mülkiyyətind ə
qalırdı.
1912-ci il aqrar qanunu Zaqatala dairəsi kədlilərinə şamil edilmədi. 191-cü il iyulun 7-də
hökumət Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərin ləğv olunması haqqında qanun
qəbul edildi. Qanuna görə ləğv edilmiş mükəlləfiyyətlər əvəzində bəylərə və keşkəl sahiblərinə
birdəfəlik mükafat (əvəz) olaraq 284 min manat verilirdi, dövlətin kəndlilərin əvəzinə ödədiyi bu borcu
onlar 20 il ərzində xəzinəyə qaytarmalı idilər.