Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 24 Dünya bazarına çıxarılan ənənəvi Azərbaycan mallarından biri də balıqçılıq məhsulları idi. 1912-
ci ldə balıq sənayeçilərinin 70 faizini azərbaycanlı kapitalistlər təşkil edirdi. Bu sahə H.Z.Tağıyev,
M.Nağıyev, M.Muxtarov və başqalarının əlində idi.
1913-cü ildə Polşa, Almaniya, Fransa, Avstriya və Amerikaya 7 milyon manatlıq balıq
məhsulları xaric olunmuşdur. Məhsulun ümumi həcminə və fəhlələrin sayına görə Şimali
Azərbaycanda balıq sənayesi neft sənayesindən sonra ikinci yerdə durudu.
XX əsrin əvvəllərində Azərbaycanda biyan kökü istehsalının inkişafı ingilis kapitalı ilə bağlı idi.
Həmin dövrdə dünyanın ən keyfiyyətli biyanı Azərbaycanda istehsal olunurdu. Gəncə, Kürdəmir, Ucar
və Ləkidə biyan emalı zavodları var idi.
Bu dövrdə meydana gəlmiş yeni sənaye sahələrindən biri də çiyid yağı istehasalı idi.
Azərbaycanda duz istehsalının yeyinti sənayesi sahəsi kimi inkişafı XX əsrin əvvəllərinə təsadüf
edir. Daş duz Naxçıvan qəzsında, şor duz Abşeronda və Cavad qəzasında çıxarılırdı.
XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin inkşafı şəhər təsərrüfatının,
ticarətin, nəqliyyatın, rabitənin inkişafına güclü təsir göstərdi. Nuxa ölkəmizin ikinci sənaye və ticarət
mərkəzi, Bakı isə yük dövriyyəsinə görə Rusiyada birinci liman şəhəri idi.
Bakıda iri ticarət səhmdar banklarının sahibləri arasında H.Z,Tağıyev , M.Nağıyev kimi milli
burjuaziyanın görkəmli nümayəndələri var idi.
1911-ci ildə Bakının Quba və Xaçmazla birləşdirən telefon xətti işə salındı. 1912-ci ildə Bakı və
Tiflis şəhərləri arasında birbaşa telefon xətti çəkilmişdi. Azərbaycanda cəmi 93 poçt-teleqraf
müəssisəsi fəaliyyət göstərirdi.
XX əsrin əvvəllərində ölkəmizin kənd təsərrüfatında kapitalizmin inkişafı əkinçilikdə təkmil
alətlərinin tətbiqini (traktorlar, dəmir dırmıxlar və s.) xeyli genişlənmişdir.
Əvvələrində olduğu kimi, kəndlilərin bir hissəsinin torpağı yox idi, böyük əksəriyyəti isə
aztorpaqlı idi. Ölkəmizin kənd təsərrüfatında texnika ləng tətbiq edilirdi.