Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 15 MÖVZU 7 XIX əsrin ikinci yarısında mədəniyyət. XIX əsrin ikinci yarısında Azərbaycanda mədəniyyət daha da inkişaf etməyə başladı.
Azərbaycanın sosial-iqtisadi və siyasi həyatındakı dəyişikliklər Azərbaycan xalqının mədəniyyətində
də öz əksini tapırdı. Bu dövrdə iri sənaye şəhəri olan Bakı, həm də Azərbaycan mədəniyyətinin
mərkəzinə çevrilmişdi. XIX əsrin ikinci yarısında Azərbaycanda maarif inkişaf edirdi. Əsas tədris
ocaqları məktəblər və mədrəsələr idi. Azərbaycanda onların sayı 500-700-ə çatırdı. Əsasən, məscid,
yaxud kiçik binalarda yerləşən məktəblərin hər birində ondan yüzə qədər uşaq təhsil alırdı, tədris pullu
idi. Dərsləri, əsasən, mollalar aparır və uşaqlara əlifbanı (ərəb hürufatını) və Quranı bir neçə ilə
öyrədirdilər. Məktəblərdə uşaqlara kitab oxumağı və fars dilini öyrədir, bəzilərində tarix fənnini də
tədris edirdilər. Bakı, Şamaxı, Şuşa, Nuxa və s. məktəblərdə ədəbi dərnəklər, məclislər təşkil olunurdu.
Bu məclislər uşaqlarda doğma ana dilinə məhəbbətin artmasında gələcək şairlər nəslinin yetişməsində
mühüm rol oynayırdı. Bu məclislərin iştirakçıları olan bəzi cavanlar gözəl, mənalı şeirlər də yazırdılar.
Xüsusi ruhani məktəbləri-mədrəsələr də var idi. Onlar ancaq məscidlərin nəzdində təşkil
olunurdu. Buraya fars və ana dillərini bilən 16 yaşdan yuxarı uşaqlar qəbul olunurdular. Mədrəsələrdə
təhsil pulsuz idi. Burada ərəb dili, şəriət, ədəbiyyat, fəlsəfə, məntiq, psixologiya, xüsusilə də, islam
dininin tarixini öyrənirdilər. Təhsil müddəti 6-8 ildən 10-15 ilə qədər olan mədrəsələr ibtidai və ali
mədrəsələrə bölünürdülər. XIX yüzilliyin sonlarında təhsildə bəzi dəyişikliklər həyata keçirildi.
Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində S.Ə.Şirvaninin xidməti böyük idi. Onun
açdığı məktəbdə rus dili də tədris olunurdu. Görkəmli satirik M.Ə.Sabir bu məktəbdə təhsil almışdı.
Azərbaycanda maarifçiliyin geniş inkişaf tapmasında S.Ə.Şirvani ilə yanaşı, görkəmli maarif
xadimləri Məhəmməd Tağı Sidqi, xüsusən, Həsən bəy Zərdabi, N.B.Vəzirov, S.M.Qənizadə misilsiz
xidmət göstərmişlər.
Azərbaycan üçün müəllim kadrlarının hazırlanmasında 1876-cı ildə açılmış Qori seminariyasının
böyük rolu olmuşdur. 1879-cu ildə bu seminariyanın Azərbaycan şöbəsi fəaliyyətə başladı. Şöbənin
müdiri A.O.Çernyayevski azərbaycanlı uşaqların təhsilə cəlb edilməsi və oxuması sahəsində çox
mühüm işlər görmüşdü. Azərbaycanın görkəmli maarifçiləri C.Məmədquluzadə, N.Nərimanov,
R.Əfəndiyev, H.Mahmudbəyov, F.Köçərli bu seminariyada və Tiflisin Aleksandrovski Müəllimlər
İnstitutunda təhsil almışdılar. Azərbaycan dili üzrə dərsliklərin yaranması da onların adı ilə bağlıdır.
XIX yüzilliyin ikinci yarısında rus məktəbləri şəbəkəsi də genişlənirdi. Ruslaşdırma siyasəti
yürüdən çar hökuməti ibtidai məktəblərdə təhsili uzun müddət yalnız rus dilində həyata keçirirdi.
Bununla belə, həmin məktəblərin də şəbəkəsi geniş deyildi. Bakı da daxil olmaqla, Azərbaycanda
1860-cı ildə dördillik cəmi beş qəza məktəbi və üç ibtidai məktəb var idi. Sonrakı illərdə bu
məktəblərin şəbəkəsi bir qədər genişləndi. Çünki belə məktəblər təkcə şəhərlərdə deyil, bəzi kəndlərdə
də açılırdı. Şəhərlərdə xüsusi məktəblər - Bakı texniki məktəbi, Gəncə sənət məktəbi və s. kimi
məktəblər də fəaliyyətə başlayırdı. Bakının neft rayonlarının bəzisində ibtidai məktəblər açılmışdı.
Bakı və Gəncədə realnı məktəblər fəaliyyət göstərirdi. 1896-cı ildə Bakıda H.Z.Tağıyevin açdığı qızlar
məktəbini xüsusi qeyd etmək lazımdır. Sayca çox gözəçarpan, əslində isə, Azərbaycan əhalisinin
sayına görə çox az olan həmin məktəblərin çoxuna fəhlə və kəndli balaları nadir hallarda qəbul
olunurdular.
Azərbaycan üçün müəllim kadrlarının hazırlanmasında 1876-cı ildə açılmış Qori seminariyasının
böyük rolu olmuşdur. 1879-cu ildə bu seminariyanın Azərbaycan şöbəsi fəaliyyətə başladı. Şöbənin
müdiri A.O.Çernyayevski azərbaycanlı uşaqların təhsilə cəlb edilməsi və oxuması sahəsində çox
mühüm işlər görmüşdü. Azərbaycanın görkəmli maarifçiləri C.Məmədquluzadə, N.Nərimanov,
R.Əfəndiyev, H. Mahmudbəyov, F.Köçərli bu seminariyada və Tiflisin Aleksandrovski Müəllimlər