MÖVZU 35 Azərbaycan SSR 1960-ci illərin sonu 1980-cı illərdə
MÖVZU 36 Qondarma “Dağlıq Qarabağ” məsələsi və onun Azərbaycanın İctimai-Siyasi durumuna
təsiri. Dövlət müstəqilliyinin bə rpa edilməsi
MÖVZU 37 Xocalı faciəsi. Şuşa və Laçının erməni hərbi birləşmələri tərəfindən işğalı.
Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
2
MÖVZU 38 Azərbaycanda xalq hərəkatının başlanması. Qanlı yanvar hadisələri.
MÖVZU 39 H. Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması. Siyası sabitlik, Milli dövlətçiliyi
möhkəmlətmək.
MÖVZU 40 Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması. Qurtuluş hərəkatı. Siyasi sabitlik.
Milli dövlətçiliyin möhkəmlənməsi.
MÖVZU 41 Heydər Əliyev və Azərbaycan gəncliyi
MÖVZU 42 H.Əliyevin uğurlu daxili və xarici siyasəti Milli-mədəni dirçəliş.
MÖVZU 43 Heydər Əliyevin uğurlu siyasəti
MÖVZU 44 İlham Əliyevin hakimiyyətə gəlməsi. Heydər Əliyev siyasətinin uğurlu davamı.
Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
3
MÖVZU 1
Azərbaycan XIX əsrin 30-50-ci illərində
Rusiya imperiyasının Şimali Azərbaycanda müstəmləkəçilik
siyasəti. Komendant idarə üsulu.
Azərbaycanın Rusiya tərəfindən işğalının gedişi zamanı xanlıqlar müəyyən müddət öz daxili
müstəqilliyini saxlayırdı. Lakin Rusiya burada öz mövqelərini möhkəmlətdikcə xanlıqların daxili
müstəqilliyi ləğv edildi. XIX əsrin 20-30-cu illərində Azərbaycanda xanlıqları komendant idarə üsulu
əvəz etdi. Gəncə (1804), Quba (1810), Şəki (1819), Şamaxı (1820), Qarabağ (1822), Lənkəran (1826),
Naxçıvan və İrəvan (1828) Xanlıqları ləğv edildi və onların ərazisində dairələr və əyalətlər təşkil
edildi. Azərbaycanın şimalında 6 dairə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış) iki əyalət
(Yelizavetpol, Car-Balakən), iki distansiya (Qazax, Şəmsəddil) yaradıldı. Lənkəran və Naxçıvan
xanlıqları ərazisində ―Erməni‖ vilayət yaradıldı. Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri mərkəzi Şuşa
şəhəri olan ―Müsəlman əyalətləri rəisliyi‖ qurumuna tabe edilmişdi. Hər bir əyalətin və dairənin idarə
edilməsi Qafqaz qoşunlarının baş komandanı tərəfindən təyin edilmiş zabitlərə - komendatlara
tapşırıldı. Ona görə də, belə idarəetmə sisteminə komendant idarə üsulu deyilirdi. Bütün hərbi və
mülki işlər, yerli məmurları vəzifəyə təyin etmək onun səlahiyyətində idi. Əyalətlər mahallara bölünür
və onları komendatlar tərəfindən təyin edilmiş yerli naiblər, kəndləri isə kəndxudalar idarə edirdi.
Qarabağ və Şəkidə əyalət məhkəmələri yaradıldı, onlara komendatlar başçılıq edirdi. Bakı, Quba
və Gəncədə şəhər məhkəmələri fəaliyyət göstərirdi. Ağır cinayətlərə hərbi məhkəmələr baxırdı. Hər bir
əyalətdə ruhani idarələrinin başında baş qazi dururdu. Baş qazi nigah, vərəsəlik və. s. məsələlərə dair
mülki işlərə baxırdı.
XIX əsrin 20-30-cu illərində Cənubi Qafqazda vergilərin yığılmasında, mükəlləfiyyətlərin yerinə
yetirilməsində komendant idarəsi məmurların özbaşnalıqları Rusiya hakim dairələrini məcbur etdi ki,
oraya yüksəkrütbəli dövlət məmurlarından ibarət komissiyalar göndərsin.
Əyalət komendantlarının özbaşınalığı, əhalinin amansız şəkildə istismarı çar məmurlarının özləri
tərəfindən də etiraf edilirdi.
1829-1830-cu illərdə Cənubi Qafqazda yoxlama keçirən senatorlar Kutaysov və Meçnikov
müsəlman əyalətlərində maliyyə vergi sisteminin bərbad halda olması, qanunsuzluqlar və
özbaşınalıqlar haqqında ətraflı bəhs etmişlər. Komendant idarə üsulu müstəmləkə idarəetmə sistemi
olub, hərbi-feodal xarakteri daşıyırdı.
|