Sovet İttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiy-yətləri.
Bu məsələdən danışarkən, bolşevizmin “bütün ölkələrin proletarları birləşin” şüarına diqqət yetirmək lazımdır. Milli məsələni bolşevik - proletar ideologiyası əsasında, sinfi prinsiplər əsasında həll etməyə çalışan sovetlər, süni tarixi kateqoriya – sovet xalqı yaratmağı əsas götürərək, xalqlara formal müstəqillik verərək, SSRİ kimi dövləti təşkil edərkən onun xəritəsini “qayçılama” prinsipi əsasında qurur, yaradılmış inzibati-ərazi qurumlarında birləşən xalqların tarixi torpaqları nəzərə alınmır, “milli məsələ”nin həlli kağız üzərində qalır. Azərbaycan SSR - də də milli məsələ avtoritar rejimin tələbləri əsasında getmiş, süni “beynəlmiləlçilik” prinsipləri əsasında aparılmış, Azərbaycan xalqının tarixi yaddaşını unutdurmaq üçün iki dəfə onun əlifbası dəyişdirilmiş, ərəb-fars dillərini bilən mütəxəssislər “panislamist” damğası ilə damğalanmış, “torpaq”, “vətən” deyənlər “pantürkist” adlandırılmış, Azərbaycan mühacirləri xalqa “düşmən” obrazında aşılanmış, “cənub” mövzusu qapalı sahəyə çevrilmişdi. Bu siyasi-mənəvi təzyiqləri Azərbaycan xalqı ilə birgə, Azərbaycana ikinci ”vətənləri” kimi baxan almanlar da yaşamış, Böyük Vətən müharibəsi başladıqdan sonra 001487 saylı qərarla 1941-ci ilin oktyabrında Orta Asiya və Sibirə sürgün edilmişlər. Milli məsələdə göstərilən amirlik və zor prinsipləri SSRİ-nin dağılması ərəfəsində milli zəmində bir- sıra konfliktlərin başlanmasına gətirib çıxarmışdı.
Dostları ilə paylaş: |