XX əsrin əvvəllərində Bakı memarlığı–multikulturalizmin nümunəsidir.
Bakı XX əsrin əvvəllərində multkultural mədəniyyətə yaxınlaşmaqda davam edirdi. Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da, kapi-talizmin inkişaf mərhələsinə qədəm qoymuşŞimali Azərbaycan Qərb mədə-niyyətinin dəyərləri ilə tanış olur, Şərq sivilizasiyanın daşıyıcısı olan ölkə, öz mənəviyyatını zənginləşdirir, multikultural dünyaya yaxınlaşır. Məhz bu dövrdə Rusiya və Avropa mədəni-ictimai cərəyanların təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti, realist rəsmlər yaranır. Azərbaycanın karikatura, şarj məktəbinin banisi isəƏzim Əzimzadə olur. Bu dövrdə kapitalist Bakısında gedən tikililər Qərb memarlığıüslubunda salınır. Bu memarlığın formalaş-masında alman memarlarının da yeri olmuş, N.A.fon der Nonne, F.A. Lem-kul, İ.V.Edel, A.Eyxler Bakının yeni memar üslublu şəhərəçevrilməsində xüsusi xidmət göstərmiş, qiymətli əsərlər yaratmışlar.
Bu illərdə Bakıda teatr binaları, kino salonları, əyləncə evləri də ar-tırdı. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağı-yevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə Hacının pulu ilə memar Koq-novitskinin layihəsi əsasında tikilmişdir. Milli teatr ölkədə multikulturalizmin inkişafında özünəməxsus rol oynayır. Belə ki, kapitalist Bakısı Qərb mədə-niyyətinin komponentlərindən olan teatrı qəbul etsə dəöz milli mentalite-tindən imtina etməmişdi. Belə ki, tamaşaya baxa bilmələri üçün qadınlar xüsusi salınmış lojalarda yerləşdirilir, xalqın milli davranış qaydaları qoru-nurdu. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, Şərqli davra-nışından imtina etmirdi. Bu teatrda 1908-ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Azərbaycan mədəni həyatında xüsusi yer tutan bu hadisəöl-kəni multukultural dünyaya aparırdı. İlk dəfə olaraq, Şərqdə, Azərbaycan-da, Qərb mədəniyyətinin komponenti, opera qəbul edilir və böyük Ü. Hacı-bəyov tərəfindən Şərq motivləri əsasında yazılır.
1909-cu ildə Bakının incisi olan Bulvarın salınması, istedadlı mühən-dis, vətənpərvər Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə başlanılır və multikultural əsər olan Bakı bulvarının layihəsində alman memarlarından, A.Eyxler öz aktivliyi ilə seçilir.
Yuxarıda göstərilənlər belə bir reallığı açıqlayır ki, əgər qəzalarda tarixi toleyrantlıq ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriy-yəçiləri(əks təqdirdə tariximizin tərkib hissəsi olan Alban kilsələri zamanımıza qədər qalmaz və ermənilik də Azərbaycan tarixini erməniləşdirmək məqsədi ilə Alban kilsələrini qriqoryanlaşdırmaq fikrindən uzaq olardı) islam ənənələrini inkişaf etdirməyə daha çox meylli idilərsə, kapitalist Bakısının Azərbaycan xeyriyyəçiləri, islam dəyərlərini qorumuş və paralel olaraq, Qərb mədəniyyətini köhnə Bakıya aşılayaraq, Qərb-Şərq mədəniyyətinin sintezini apararaq, bəşər tarixinə təkraredilməz bir multikultural mədəniyyət gətirmiş və 1907-ci ildə H.Z.Tağıyevin tikdirdiyi “Jon Mironosets” kilsəsi buna bariz nümunədir. Ümumən Azərbaycan xeyriyyəçilərinin fəaliyyəti Azərbaycan sosial-mədəni həyatında özünəməxsus bir toleyrantlıq ansamblı yaratmış, multikulturalzmin inkişafına xidmətlər göstərmişlər.
Dostları ilə paylaş: |