Həsən bəy Zərdabi.
Görkəmli maarifçi-demokrat, pedaqoq və ilk Azərbaycan xeyriy-yəçilərindən olan Həsən bəy Zərdabi xalqın milli şüurunun oyanmasında dünyəvi məktəblərin açılmasının zəruriliyini göstərir və bu ideyanın təbliği üçün vasitə olaraq, milli mətbuatın əsasını qoyur. Onun 1875-ci ildə təsis et-diyi "Əkinçi" qəzeti demokratik və maarifpərvər ideyaların təbliğat alətinəçevrilir. Bu qəzetin mənəvi varisləri "Ziya", "Ziyayi Qafqaziyyə" və "Kəşkül" qəzetləri olur.
Hacı Zeynalabdin Tağıyev.
Azərbaycan milli burjuaziyanın görkəmli nümayəndəsi, 1873-cü ildə Bakı nefti ilə milyonlara sahib olan Hacı Zeynalabdin Tağıyev öz xeyriy--yəçiliyi ilə də seçilmişdir. Onun adı qızlar məktəbi ilə də bağlıdır. Xalqının gələcək inkişafını maarifdə, tərəqqidə görən uzaqgörən xeyriyyəçi qızların təhsilinə xüsusi diqqət yetirmişdir. O, Bakıda ilk qızlar məktəbini açır. Və bu məktəbin xərcini ödəmək üçün banka 150.000 man. pul qoyur. Bina 1898-ci ildən tikilməyə başlayır və 1900-cü ildə hazır olur. Bu məktəb 184.000 man. başa çatır. Bu binanın memarı polyak Qoslavski idi. Məktəb Nikolayevski( indiki İstiqlal, hazırda AMEA-nın Əlyazmalar fondunun binası) küçəsində yerləşirdi.
Qaraguruhçu ruhanilərin ciddi müqaviməti iləüzləşən Tağıyev Quran ayələri əsasında göstərir ki, islam dini müslimələrin də biliklərə yiyələnmələrinin vacibliyini göstərir. Hacının səyləri öz nəticəsini verir. Qız-lar məktəbində ilk dərslər 1901-ci ilin sentyabrın 7-də başlanır. 58 şagird-dən 35-i kasıb ailədən olduğu üçün böyük xeyriyyəçi onlarıöz hesabına oxutdurmuşdu. Azərbaycan xeyriyyəçiləri qəzalarda da fəaliyyət göstərir, Rusiya im-periyasının Azərbaycan torpaqlarında apardığı xristianlaşdırma siyasətinə qarşı mübarizəni, islam dəyərlərinin xalqın mənəviyyatında dominant rol oynamasıüçün, yeni məscidlər salmaqda görürdülər. Bunların sırasında 1870-ci ildəŞamaxışəhərində memar Kazım-bəy Hacıbabayevin layihəsi əsasında salınmış Təzəməscidi göstərmək olar ki, bu məscidin salınması-na xeyriyyəçi tacir Hacı Məmməd Rza vəsait ayırmış, 100 min rubl pul qoymuşdu. B illərdəəyalət xeyriyyəçiləri başqa qəzalarda da məscidlər tik-dirirdilər. 1854-cü ildə Quba qəzasında Səkinə xanım məscid tikdirir. 1877-1878-ci illərdəİsrafil bəy Yadıgərzadə Gəncədə məşhur orta əsr "İmam-zadə” kompleksini bərpa etdirir. 1899-cu ildəİsrafil ağa Qazax qəzasında məscid saldırır. 1886-cı ildə, Gəncədə, Cənubi Azərbaycan şahzadəsi Bəh-mən Mirzənin qızı Səbiyyə xanım məscid tikdirir. Lakin xristianlaşdırma siyasətini aparan mütləqiyyət, yerlərdə islam maddi-tarixi abidələrinin salın-masından narahat olaraq, A.S.Puşkinin 100 illiyi bəhanəsi ilə məscidin ki-tabxanaya çevrilməsi qərarını verir. Gencəlilər bu qərara etiraz etsələr də Səbiyyə xanım xalqın maariflənməsində kitabxananın əhəmiyyətli rol oyna-dığınıəsas tutaraq, multikultural mövqedən çıxış edir və bu qərarla razıla-şır.
Dostları ilə paylaş: |