Azərbaycan xeyriyyəçiləri.
Ruslaşırma və xristinlaşırma siyasətini aparan Rusiya imperiyasının məqsədi Azərbaycan xalqını assimilyasiyaya uğratmaq idi. İnqilabaqədərki Rusiya apologetləri ruslaşdırmanı Rusiyanın tərkib hissəsi olduğunu göstə-rərək, bildirirdilər ki, bu siyasətin əsas məqsədi qeyri-rusların” ruslar kimi düşünməsi və fikirləşməsidir”. Müstəmləkə siyasətinin bütün ağırlığının girdabı içində qalan Azərbaycan öz tarixi özünüdərkini əsas tutur və XlX əsrin sonlarında kapitalizmin inkişaf mərhələsinə qədəm qoyan ölkə milli özünüdərk oyanışını yaşayır. Milli özünüdərk intibahının ilhamverici qüvvəsi Azərbaycan maarifpərvərləri və milli burjuaziyanın nümayəndələri olur. Bu xeyriyyəçilərin əsas məqsədi Rusiya imperiyasının müstəmləkə siyasətinin mahiyyətini göstərmək və xalqı oyatmaq idi. Bu məqsədlə xeyriyyəçilər mə-dəniyyətin, ədəbiyyatın, elmin, mətbuatın, maarifin inkişafına ciddi fikir ve-rirdilər. Və cəmiyyətin bu aspektlərini inkişaf etdirən Azərbaycan xeyriyyə-çiləri ölkəni multikultural istiqamətə yönəldirdilər.
Dostları ilə paylaş: |