Ruslaşdırma siyasəti.
Xristianlaşdırma siyasəti ilə paralel olaraq, mütləqiyyət Şimali Azərbay-cana Rusiya imperiyasının mərkəzi quberniyalarından rus əhalisini də köçürürdü ki, məqsəd ölkənin köklüəhalisini, azərbaycanlıları, assimilyasiyaya uğratmaq, bu müsəlman torpaqlarını imperiya çərçivəsində“əritmək” idi. Ruslaşdırma siya-sətini XIX əsrin birinci otuzilliyindən aparan mütləqiyyət, Rusiya dövlətçiliyi üçün təhlükə amili kimi qəbul edən rus təriqətçilərini Şimali Azərbaycana köçürsə də, lakin XIX əsrin üçüncü otuzilliyindən etibarən pravoslavlığın yayılmasında rus təriqətçilərinin deyil, rus pravoslav əhalisinin önəmli rol oynadığınıəsas götürüb, pravoslav rusların bölgəyə köçürülməsinəüstünlük verir. Nəticədə, 1912-ci il üçün Bakı quberniyasında 60, Yelizavetpol quberniyasında isə 29 rus pravoslav məskənləri salınır. Mütləqiyyətin devrilməsi ərəfəsindəŞimali Azərbaycanda rusların sayı 249.835 nəfərəçatırdı.
Dostları ilə paylaş: |