FəNN: “Azrbaycan multikulturalizmi” Mövzu 4 : Etnik-milli müxtəliflik və multikulturalizm plan


Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi



Yüklə 61,74 Kb.
səhifə13/16
tarix25.03.2022
ölçüsü61,74 Kb.
#54200
1   ...   8   9   10   11   12   13   14   15   16
UNEC 1648228720

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı və Qərb dövlətlərinin siyasi təzyiqi.

1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası erməni separatçılığının hərbi təzyiqi ilə qarşılaşır. Erməni lobbisinin dəstəyi ilə silahlanmış erməni yaraqlılarının Azərbaycan torpaqlarına basqınlarının və hücumlarının qarşısını almaq üçün müstəqil respublikamız ölkənin ərazi bütövlüyünü qorumağı dövlətin əsas vəzifəsi olaraq qarşıya məqsəd qoyur.

SSRİ dağıldıqdan sonra isə öz məkrli niyyətlərini həyata keçirmək məqsədi 1991-ci ilin sonlarından etibarən erməni millətçiləri Qarabağ müharibəsinə başlayırlar. Müharibə nəticəsində erməni hərbi qüvvələri 870 yaşayış məntəqəsini, o cümlədən, 10 rayon mərkəzini dağıtmış, bir-sıra mühüm obyektləri ələ keçirtməklə yanaşı, Azərbaycan xalqının tarixi isinə zərbə endirmiş, mədəni-dini abidələri və maddi sərvətlərini məhv etmişdir. İşğal zonasında qalan Alban xristian məbədləri, məscidlər erməni vandalizminə məruz qalmış, Azərbaycanın mədəni sərvətinin nümayəndələrinin Vaqifin, xan qızı Natəvanın, Ü.Hacıbəyovun, Bülbülün abidələri dağıdılmış, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdir. Bəşər sivilizasiyanın nadir nümunələrindən olan Azıx mağarasının taleyi müəmmalı qalmışdır. Bu faktlar, erməniliyin multikultural mədəniyyətdən uzaq olan vandalizm təbiətinə şahidlik edir.

Azərbaycanın çağdaş tarixinə Xocalı faciəsini yaşadan ermənilik, həmin dövrdə beynəlxalq təşkilatların səbatsız addımlarına arxalanırdı. Belə ki, Azərbaycan Respublikası Xocalı faciəsindən sonra beynəlxalq təş--kilatlara rəsmi müraciətlər göndərsə də bu qurumlar, XX əsrin əvvəllərində bolşevik “süngüsünün” köməyi ilə tarixi Azərbaycan torpaqlarında yaranmış, Ermənistan adlı dövləti təcavüzkar kimi qiymətləndirməyə tələsmir, Yuqoslaviya variantının mümkünlüyü haqda fikirlər söyləyir, problemin həllini ilk növbədə regional təşkilat olan ATƏT-lə bağlayır, ölkənin ərazi bütövlüyü məsələsi sual altında qalırdı. O biri tərəfdən spyürkün siyasi aləti olan erməni lobbisi Qərb dövlətlərinə təsir edə bilir, Qarabağ müharibəsinin gedişatında ermənipərəst senator C.Kerrinin təklifi ilə ABŞ Konqresi Azərbay-can Respublikasına qarşı yönəlmiş 907 saylı düzəlişi təsdiqləyir. Və bu sənəd 1992-ci ilin dekabrında Prezident ata C. Buş tərəfindən imzalanır.



NƏTİCƏ: Azsaylı xalqların hüquqlarının qorunması üzrə ardıcıl siyasət aparan müstəqil dövlətimiz onların etno-konfessional inkişafına hərtərəfli köməklik göstərir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onların sırasında “Birlik” cəmiyyəti rus icması, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-İsrail cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat mədəniyyət mərkəzi, “Ronai” kürd mədəniyyət mərkəzi, “Samur” ləzgi milli mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, “Kapelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərirlər. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən “Üç qardaş“ təşkilatının Azərbaycan Respublikasında fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin tolerantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir.


Yüklə 61,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin