FəNN: “Azrbaycan multikulturalizmi” Mövzu 4 : Etnik-milli müxtəliflik və multikulturalizm plan



Yüklə 61,74 Kb.
səhifə1/16
tarix25.03.2022
ölçüsü61,74 Kb.
#54200
  1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1648228720


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Humanitar fənnlər”kafedrasının



dosenti sosiologiy üzrə fəlsəfə doktoru.Niftaliyev T.Ə.

telman.niftaliyev@unec.edu.az

FƏNN: “Azrbaycan multikulturalizmi”
Mövzu 4 : Etnik-milli müxtəliflik və multikulturalizm
PLAN
1.Azərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri.

2.Rusiya imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma

3.Azərbaycan tarixinin alman səhifələri

4.Azərbaycan xeyriyyəçiləri

5. XX əsrin əvvəllərində Bakı memarlığımultikulturalizmin nümunəsidir

6. Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri vəəsas istiqamətləri, hüquqi bazası.

7.Sovet İttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiyyətləri. Qondarma “Dağlıq Qarabağ” probleminin növbəti mərhələsi və onun tarixi kökləri. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı və Qərb dövlətlərinin siyasi təzyiqi.

8.Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə millətlərarası münasibətlər siyasətinin əsas xüsusiyyətləri.

Mühazirə mətni mənimsənildikdən sonra tələbəAzərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələrini bilməlidir.Rusiya imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma,həmçinin ölkədə demoqrafik dəyişiklikləri öyrənməlidir. Azərbaycan xeyriyyəçiləri haqqında məlumatlıolmalıdır.

XX əsrin əvvəllərində Bakı memarlığımultikulturalizmin nümunəsi kimi bilgiləri öyrənməlidir.XX Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə millətlərarası münasibətlər siyasətinin əsas xüsusiyyətlərinə yiyələnməlidir.Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri vəəsas istiqamətləri, hüquqi bazasını təyin etməlidir. Azərbaycanda millətlərarası münasibətlərin demokratik prinsiplər əsasında tənzimlənməsi siyasətini bilməlidir.Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri vəəsas istiqamətləri, hüquqi bazasını təyin etməlidir. Müstəqil Azərbaycanın milli siyasəti – azsaylı xalqların hüquq və mədəni irsinin qorunmasında atılan addımlarıöyrənməlidir.

Azərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri.

XX əsrin əvvəllərində görkəmli etnoqraf, Vəliyev(Baharlı) göstərmişdi ki, Azərbaycan etnoqrafik muzeydir. Hal-hazırda Azərbaycan Respublikası məka-nında 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdili, irandilli, türkdilli qruplara aid olub, ölkəəhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talış-ları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqla-rın bir hissəsi Azərbaycanın köklüəhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar. Azsaylı xalqlardan, alban soyalrından olan udilərə diqqət yetirərək göstərmək lazımdır ki, müasir udilərin birbaşa əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix”əsərində məlumat vermişdir. E.ə. I əsrdə yaşamış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 yerli alban soyunun arasında udilərin adını göstərmişdir. Udilər əsasən Qafqaz Albaniyasının Uti və Arsax vilayətlərində yaşamışlar. Al-ban soylarından olan ingiloylar da diqqəti çəkir ki, onlar Qafqaz Albaniyasının Kambisena vilayətində yaşamış, erkən orta əsrlərdə xristianlıq Qafqaz Albaniyasında yayılarkən, udilər kimi xristianlığı qəbul etmişlər.

İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rən-garəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də Qafqaz Albaniyasında əha-linin cüzi hissəsi politeist dinlərə itaət etsə də, lakin böyük hissəsi xristianlığın diofizit və monofizit məzhəblərini qəbul etmişdi.

Ərəb xilafəti dövründə, islamın yayılması Azərbaycanın bütün bölgələrində eyni zaman ölçüsündə baş vermişdi. Zərdüştlüyün və bütpərəstliyin geniş ya-yıldığıərazidə, Azərbaycanın cənub torpaqlarında, daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür və Araz çayları boyunu əhatə edən ərazilərdə islam dini sürətlə yayılmışdı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xris-tian kitab əhli olduğu üçün ərəblər onların dini etiqadına dözümlə yanaşmışdılar. Paralel olaraq, Qafqaz Albaniyasını Bizansdan uzaqlaşdırmaq məqsədi ilə VIII əsrin əvvəllərindən etibarən(704-cü il) Alban kilsəsini iyerarxik baxımdan monofizit erməni kilsəsinə tabe etdirmişdilər. Belə ki, Ərəb xilafəti xristianlara qarşı münasibətdə sasanilərin yürütdüyü siyasəti davam etdirir və nəticədə, 704--cü il hadisələrindən sonra Alban kilsəsinin erməni-kilsəsindən asılı vəziyyətə düşməsi, əhalini öz dilindən, tarixi yaddaşından uzaqlaşmasına səbəb olur və Qafqaz Albaniyasının Arsax, Uti bölgəsinin əhalisi konfessional-mədəni assimil-yasiyaya – qriqoryanlaşmaya məruz qalır. Kambisena əyalətinin əhalisi ingiloylar isəİberiya ilə həmsərhəd olduğu üçün gürcü - pravoslav kilsəsinəüz tutur və gürcüləşirlər.

Tarixin faciəvi dönüşüölkəəhalisinin ayrı-ayrı bölgələrinin etno-kon-fessional inkişafını müxtəlif səmtlərə istiqamətləndirmiş və eyni soya, kökə, tarixə malik əhali konfessional amil əsasında bir-birinə yadlaşmış və“din ayrı qardaş” aforizmi söz lüğətimizə daxil olmuşdur.

Azərbaycan xalqının tarixən yaşadığı konfessional təkamülü ona poli-konfessional mədəniyyət çalarları gətirmişdir. Ölkəərazisində zərdüştlük, xristian, islam abidələri qorunub saxlanılır. Azərbaycan Respublikasının şimal – qərb, cənub-qərb bölgələrində qorunub saxlanılan alban xristian abidələri xalqımızın tarixi yaddaşıüçün bir sübutdur ki, Azərbaycan torpaqları yalnız Azərbaycan tarixinə məxsusdur. Əcdadlarımızın yaşadığı tarixi yol multikultural ənənələrin yaranmasıüçün zəmin olub, Azərbaycan xalqında tarixən konfes-siyalara olan toleyrantlıq mədəniyyətini formalaşdırmışdır.

Ölkəəhalisinin etnik alloxton qrupuna aid etnoslardan olan ermənilər II Tiqranın apardığı işğalçı siyasətindən başlayaraq fasilələrləölkənin bir-sıra bölgələrində cüzi sayda məskunlaşsalar da Rusiya imperiyasının apardığı kö-çürmə siyasəti nəticəsində XIX əsrin birinci otuzilliyində ermənilər İran və Os-manlı dövlətlərindən kütləvi şəkildəŞimali Azərbaycan torpaqlarına köçürül-müşlər.


Yüklə 61,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin