Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Müasir çıxan protez necə hazırlanır?



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Müasir çıxan protez necə hazırlanır? 

Protezlər  stomatoloji  akril  plastmasdan  tökmə  press  metodu  ilə  isti  və  soyuq  kompresləmə 

polimerləşdirilməsilə  hazırlanır.  Belə  plastmasın  tətbiqi  protezin  forma,  sıxlıq  və  davamlılığının 

saxlanmasında tətbiq edilən dişlər çalarına, formasına, ölçüsünə görə seçilən hazır qarnitur şəklində 

buraxılır. Bu xəstəyə uyğun dişlərin seçilməsini asanlaşdırır. 

 

Hissəvi çıxan protezin ağız boşluğunda bərkidilməsi. 

Hissəvi  çıxan  protezlər  klammerlərin  -  metal  qarmaqların  köməyilə  bərkidilir.  Klammer 

(almanca-qarmaq) diş cərgəsi qüsurunun kənarındakı dayaq dişinə bərkidilir. Klammerlər paslanmayan 

poladdan  və ya qiymətli metallardan hazırlanır.  Yayvari xüsusiyyətlərinə görə klammer protezin ağız 

boşluğunda  qida  qəbulu,  danışıq  və  s.  zamanı  etibarlı  saxlanmasını  təmin  edir.  Klammerlər  dişin 

əsasına yaxın qoyulur  və danışıq və gülüş zamanı görünmür. Bu tip bərkidilmə hissəvi çıxan lövhəli 

protezlərdə tətbiq olunur. 

Hissəvi  çıxan  protezlər  2  elementdən  ibarət  olan  attaçment  -  qıfılla  bərkidilə  bilər.  Bu 

elementlərdən biri süni dişin daxilində və ya protez əsasında, digəri qapaqla örtülmüş dayaq dişində və 

ya diş kökündə yerləşdirilir. Klammerlərdən fərqli olaraq attaçmentlər daha etibarlı və estetikdir. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin