Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə9/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 4 

 

MÖVZU  2.



 

Çıxan  protezlər  haqqında  məlumat,  onların  fərqi. 

 

Çıxan protezlər dişlərin tam və ya hissəvi itirilməsi zamanı hazırlanır (hətta bir çeynəmə dişinin 



itirilməsi  zamanı).  Hazırkı  stomatologiyanın  arenalarında  yüksək  estetik  xüsisiyyətlərə,  davamlılığa 

malik olan, çox rahat hazırlanma texnologiyalı çıxan protezlər var. Böyük  və narahat protezlər artıq 

keçmişdə qalmışdır. 

 

Çıxan protezlər aşağıdakı qruplara bölünür: 



1.Tam çıxan lövhəli protezlər. 

2. Hissəvi çıxan protezlər. 

a) Lövhəli protezlər 

b) İmmediat protezlər 

c) Bügel protezləri 

d) Çıxan sektor və ya seqmentlər 

3. Şərti çıxan protezlər. 

 

Tam çıxan lövhəli protezlər bir və ya hər iki çənədə bütün dişlərin olmaması zamanı hazırlanır. 



Hissəvi  çıxan  protezlər  diş  cərgəsində  bir  və  ya  bir  neçə  dişin  olmaması  zamanı  hazırlanır. 

Burada əsasən çeynəmə dişlərin olmaması və böyük miqyaslı diş cərgəsi qüsurları nəzərdə tutulur. 

Lövhəli  hissəvi  protezlər  itirilmiş fraqmentlərin  bərpa  olunması  üçün  hazırlanır,  ucuz  və  sadə 

olması ilə fərqlənir. 

İmmediat  protezlər  müvəqqəti  konstruksiya  olub,  çənəyə  diş  çıxarıldıqdan  dərhal  sonra  və  ya 

daimi protez hazırlanmasına hazırlıq zamanı qoyulur. 

Bügel (almanca “bügel”-qövs) protezləri tam və hissəvi qüsurlar zamanı hazırlana bilər. Onlar 

daha etibarlı, rahat və qiymətli kontruksiyadır. Bügel protezlərin əsas fərqli cəhəti çeynəmə təzyiqinin 

dişlər  və  çənələrin  dişəti  səthi  arasında  bərabər  bölünməsindədir  (lövhəli-dişəti).  Belə  protezlərin 

hazılanmasında protezin bütün elementlərinin modelləşdirilməsi və çox dəqiq aparılır. Bügel protezlər 

eləcə də immobilizəedici şinalayıcı rola malikdir (paradontoz və dişlərin yüksək hərəkiliyi zamanı). 

Çıxan sektor və ya seqmentlər çənənin bir tərəfində çeynəmə dişlərinin itirilməsi zamanı tətbiq 

edilən birtərəfli protezlərdir. 

Şərti çıxan protezlər adətən, bir çeynəmə dişinin itirilməsi zamanı tətbiq olunur. Belə protezlər 

qonşu  dayaq  dişlərinə  metal  pəncələrlə  bərkidilir.  Protezin  dayaq  elementləri  dişə  işıqda  bərkiyən 

sementlər vasitəsilə fiksasiya olunur  və ya yapışdırılır. Xəstə belə protezi ağız boşluğundan çıxarmır, 

ona görə də protez şərti çıxan adlanır. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin