Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 6 

 

Çənədə dişlər qaldıqda bazis ön və yan şöbələrdə müxtəlif cür yerləşdirilə bilər. Ön dişlər mum 



lövhəciyin qalınlığı qədər (1,8 mm) bazislə örtülür, dərin dişləmdə bu sahə dişləmin hündürləşməsinin 

qarşısının  alınması  və  antaqonist  dişlərin  dişarası  məməciklərinə  artıq  təzyiqin  düşməməsi  üçün 

tamamilə bazisdən azad olunur. 

Yan dişlər bazislə diş tacının 2/3-si qədər örtülür ki, bu da bazisin qonşu toxumalara oturmasının 

və  təbii  dişlər  nahiyəsində  boyunətrafı  dişəti  kənarının  aralanmasının  qarşısını  alır,  dişlərə  düşən 

təzyiqin  bərabər  paylanmasına  və  protezin  stabilizasiyasına  kömək  edir.  Sərt  damaqda  torus  olarsa, 

onun  zədələnməsinin  və  protezin  balanslaşmasının  qarşısının  alınması  üçün  bazisin  bu  törəmənin 

selikli qişası ilə kontaktına yol vermək olmaz. Bunun üçün bazisin daxili səthində torusun yerləşdiyi 

yerdə dərinliyi 0,5 mm olan izolyasiya (kamera) yaradılır. 

Yuxarı  çənədə  bazisin  qalınlığı  adətən  mum  lövhəciyin  qalınlığı  qədər  olur,  təbii  dişlər 

nahiyəsində  gələcəkdə  ediləcək  korreksiya  nəzərə  alınıb,  bir  qədər  qalınlaşdırılır.  Bazisin  kənarları 

lazımi qalınlıqda və dairəvi olmalıdır. 

Aşağı  çənədə  bazisin  vestibulyar  sərhədləri  dişsiz  alveol  hissələrində  keçid  büküşündən  0,5-1 

mm yuxarıdan keçir. Təbii dişlər nahiyəsində bazis diş tacının 2/3-ni örtür. Bununla protez bazisinin 

sahəsi  artırılır,  hər  bir  dişlə  əhatə  olunaraq  yaxşı  fiksasiya  olunur.  Oral  tərəfdən  dil  yüyəni  nəzərə 

alınaraq, bazis keçid büküşündən bir qədər yuxarı keçir. Diş cərgəsinin hüdudlanmayan qüsurlarında 

distal sərhəd selikli qişa qabarları nahiyəsindən keçərək, onların hərəkiliyindən asılı olaraq, onları tam 

və  ya  hissəvi  örtür.  Bəzi  hallarda  premolyarların  oral  tərəfində  simmetrik  yerləşmiş  dairəvi  formalı 

protezə mane olan çıxıntılar nəzərə çarpır. Ölçüsündən asılı olaraq onlar ya cərrahi yolla çıxarılır, ya 

da izolyasiya edilir. 

Tam  çıxan  protez  bazisinin  sərhədləri  vestibulyar  tərəfdən  keçid  büküşündən  keçərək,  yuxarı 

dodaq yüyəni, yanaq-alveol dartıları nəzərə alınır. Bazisin kənarları hərəkətli selikli qişanı əzməməli, 

funksional yüklənmə zamanı protezin ağızdan çıxmaması üçün mümkün qədər ondan aralı olmalıdır. 

Distal şöbələrdə bazis qanadvari-çənə büküşlərini örtmədən yuxarı çənə qabarlarına qədər çatır. 

Bazisin  arxa  kənarının  yeri  üçün  oriyentir  burun  çıxıntısından  yanlara  yerləşən  damaq  (kor) 

dəliyidir.  Dəlik  “A”  xətti  zonasının  yaxınlığında  yerləşir.  Yumşaq  damağın  formasından,  vəzi-selikli 

qişa zonasının enindən asılı olaraq bazisin distal kənarı uzadıla bilər.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin