Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Kennediyə görə diş qüsurları 4 sinfə bölünür



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə14/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Kennediyə görə diş qüsurları 4 sinfə bölünür: 

1. İkitərəfli hüdudlanmayan qüsur 

2. Birtərəfli hüdudlanmayan  qüsur 

3. Birtərəfli hüdudlanan qüsur 

4. Hüdudlanmış ön qüsur. 

 

Bütün  bu  qüsurların  bərpa  olunması  üçün  hissəvi  çıxan  protezlər  hazırlanır.  Hissəvi  çıxan 



protezlər  lövhəli  və  bügel  olmaqla  2  qrupa  bölünür.  Hər  iki  növ  çıxan  protez  çıxmayan  protezin 

hazırlanması  mümkün  olmadıqda  hazırlanır.  Protezlərin  hazırlanması  konkret  klinik  şəkildən  diş 

cərgəsi  qüsurunun  yerləşməsi,  növü  və  uzunluğundan,  qalan  dişlərin  vəziyyətindən,  dişləmin 

növündən və s. asılıdır. 

Çıxan protezlər ağız boşluğuna gigiyenik qulluğu  asanlaşdırır, pozulmuş estetikanı bərpa edir, 

dişlərin xüsusi hazırlığına ehtiyac olmur, konstruksiyanı yeniləşdirmək və dəyişmək olur. 

Hissəvi  çıxan  protezin  əsas  elementləri  bazis  (plastmas  və  ya  metal),  tutucu  elementlər 

(klammerlər, teleskopik qapaqlar, attaçmentlər və s), süni dişlər və bügel protezində qövsdür. 

Protezin bazisi-plastmas və ya metal lövhəcik olub, dişsiz alveol hissəni, aşağı çənədə dil səthini 

və yuxarı çənədə sərt damağı örtür. Bazis lövhəciyində süni dişlər və tutucu elementlər olur. 

Protez bazisi protez yatağı toxumalarına söykənərək çeynəmə təzyiqini onlara ötürür, anatomik 

retensiya və adgeziya  hesabına protezi çənədə saxlayır. 

Protez bazisinin ölçüsü çənədə qalmiş dişlərin vəziyyətindən, yerləşməsindən, sayından asılıdır. 

Burada  alveol  çıxıntının  atrofiyasının  xarakteri,  damağın  forma  və  dərinliyi, torusun  olması,  selikli 

qişanın vəziyyəti, dişləmin növü da  əhəmiyyət kəsb edir. Çənədə nə qədər çox diş qalarsa, anatomik 

retensiya bir o qədər böyük olur və protez bazisinin sərhədi kiçik olur. 

Çıxan protezin hazırlanmasında bir sıra klinik və laborator mərhələlər var: 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin