Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə16/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 8 

 

MÖVZU  5.



 

Ölçü və model,  növləri 

 

Protez hazırlanması üçün protez yatağından dəqiq ölçü və ona uyğun işçi modellər alınır. 

Ölçü - protez yatağı və ona yaxın nahiyyələrin toxumalarının relyefinin neqativ əksidir. 

Model - protez yatağı və ona yaxın nahiyyələrin toxumalarının pozitiv əksidir. 

Ölçü almaq üçün fərdi və standart ölçü qaşıqlarından istifadə olunur. Standart qaşıqlar müxtəlif 

ölçülü,  yuxarı  və  aşağı  çənə  üçün  olur.  Qaşıq  dəstəkdən,  divarlardan,  dişlər  üçün  yataqdan,  yuxarı 

çənədə damaq səthindən, aşağı çənədə isə dil üçün kəsikdən ibarətdir. Dişsiz çənələrdən ölçü almaq 

üçün 7-10 nömrəli müxtəlif formalı qaşıqlar tətbiq olunur. Elastik kütlələrlə ölçü almaq üçün xüsusi 

dəlikli  qaşıqlar  olur.  Bu  qaşıqlar  əsasən  plastmasdan  hazırlanır.  Adi  metal  qaşıq  tələb  olunarsa, 

kənarlarına plastır yapışdırmaq lazımdır. 

Ölçüdən  alınan  model  işçi  (əsas)  və  köməkçi  olmaqla  2  qrupa  bölünür.  İşçi  model  üzərində 

bilavasitə iş görüləcək modeldir. Köməkçi model əks çənənin diş cərgəsindən alınan modeldir. 

İşçi model aşağıdaki ardıcıllıqla hazırlanır. 

1. Ölçünün işlənməsi 

2. Ölçünün gipslə örtülməsi 

3. Ölçünün ayrılması 

4. Modelin işlənməsi 

 

Adi  gips  modeldən  başqa  kombinəolunmuş,  amalqama,  sement,  metallaşdırılmış  modellər  də 



var. 

Kombinəolunmuş model gips, metal, amalqama  və ya sement qarışığından ibarət ola bilər. 

Ölçünün işlənməsi ölçü materialından  asılı olaraq aparılır. Ölçüdə bütün protez yatağının  əksi 

dəqiq  olarsa  işi  davam  etdirmək  olar.  Ölçünün  işçi  səthində  hava  qabarcıqları  və  ağız  suyu  ilə 

yuyulmuş nahiyələri olmamalıdır. Ölçünün üzərinə qarışdırılmış gips tökülüb model alınır. Modelin 

üzərində məsamələrin olmaması üçün gips porsiyalarını əlavə etdikcə ölçü astaca silkələnməlidir. Gips 

model  quruduqdan  sonra  (1-2  saat)  qaşıq  ölçüdən  ayrilir.  Sonra  model  ehtiyatla  ölçüdən  ayrılır. 

Modelin qiymətləndirilməsinə başlanır. Gips diş qoparsa, onu modelə xüsusi yapışqanla  yapışdırmaq 

olar. Gips modelin möhkəm olması üçün onu 20-30%-li buranın sulu məhlulunda 5-10 dəq qaynatmaq 

lazımdır. Modelin səthinin möhkəmliyi üçün pambıq tamponla qaynar doymuş bura məhlulu ilə 2-3 

dəfə  islatmaq  lazımdır.  Möhkəm  gips  model  “super  gipslə”  alına  bilər.  Xüsusi  hallarda  digər 

materiallardan model almaq olar. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin