Tam çıxan protez bazisinin sərhədləri.
Vestibulyar tərəfdən keçid büküşündən keçərək, yuxarı dodaq yüyəni, yanaq-alveol dartıları
nəzərə alınır. Bazisin kənarları hərəkətli selikli qişanı əzməməli, funksional yüklənmə zamanı protezin
ağızdan çıxmaması üçün mümkün qədər ondan aralı olmalıdır.
Distal şöbələrdə bazis qanadvari-çənə büküşlərini örtmədən yuxarı çənə qabarlarına qədər çatır.
Bazisin arxa kənarının yeri üçün oriyentir burun çıxıntısından yanlara yerləşən damaq (kor)
çuxurudur. Çuxur “A” zonasının yaxınlığında yerləşir. Yumşaq damağın formasından, vəzi-selikli qişa
zonasının enindən asılı olaraq bazisin distal kənarı uzadıla bilər.
|