Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
10
MÖVZU 7.
Okklüziya və artikulyasiya. Artikulyatorların növləri, iş prinsipləri.
Aşağı çənənin hərəkətləri müxtəlif qrup əzələlərin birgə işi nəticəsində həyata keçir. Aşağı
çənənin yuxarı çənəyə nəzərən bütün vəziyyət və yerdəyişmələri artikulyasiya adlanır.
Okklüziya-artikulyasiyanın bir anı olub, diş cərgəsinin və ya bir qrup dişlərin qapanması
vəziyyətilə xarakterizə olunur. Diş-çənə sisteminin ayrı-ayrı elementləri arasındakı funksional
qarşılıqlı əlaqə olan bütün okklüzion hərəkətlər çeynəmə hərəkətləri adlanır.
Dostları ilə paylaş: |