İkiçiyinli məftil klammerin əyilmə texnikası.
İkiçiyinli klammer dişi həm vestibulyar, həm də oral səthindən əhatə edir, dayaq dişi az zədələyir
və protezin yaxşı fiksasiyasına imkan yaradır. İkiçiyinli əyilmiş məftil klammer iki üsulla hazırlana
bilər. Çiyin dişin vestibulyar səthi üzərində əyilir, cisim yan səthə doğru əyilir. Sonra krampon
kəlbətinlə klammer cismi tutularaq, dairəvi kəlbətinlə ikinci çiyin əyilir. İkiçiyinli klammerə ucu
əvvəlcədən yastılanmış çıxıntı lehimlənir. Lehimləmə zamanı metal möhkəmliyini itirə bildiyi üçün
okklüzion pəncəli çıxıntını mumdan modelləşdirib tökmə yolu ilə hazırlamaq və klammerə
lehimləmək olar. Bu zaman klammer ikiçiyinli əyilmiş klammerdən ikiçiyinli dayaq-tutucu əymə-
tökmə klammerə çevrilir.
İkinci üsul: 5-6 mm uzunluqda və 0,8-1 mm qalınlıqda sancaq şəklində əyilmiş məftil
parçasından həm vestibulyar, həm də oral çiynin hazırlanmasından ibarətdir. Klammerin ucları
hamarlanır və s.
Dostları ilə paylaş: |