Ön dişlərdə metal klammerlər estetikanı pozur və dayaq dişlərin davamlılığını azaldır. Buna görə
də ikitərəfli hüdudlanmayan qüsurlarda və ön dişlərin hərəkiliyində dişəti klammerləri - pelotlar
Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
15
Dişlərin düzülməsndən və protez konstruksiyasının ağız boşluğunda yoxlanmasından sonra gips
model üzərində alveol çıxıntının vestibulyar səthində yan kəsicilər nahiyəsində dişəti klammeri
mumdan modelləşdirilir. Onlar süni dişətinin davamı olub keçid büküşünə çatır və dairəvi formalı
kənarları ilə mərkəzi və yan kəsicilər arasındakı nahiyədə bitir. Polimerləşmədən sonra pelotların
kənarı diqqətlə işlənir və cilalanır.
Köpək dişlərinin kökləri çox irəli çıxarsa pelotlu çıxan protez ağrıya və selikli qişanın
zədələnməsinə səbəb olur. Bu halda plastmas dişəti klammerləri plastmas pelotlu paslanmayan polad
məftildən yaylı dişəti klammeri hazırlanır. Diametri 0,6-0,8 mm, uzunluğu 7-8 sm olan məftil sancaq
formasında əyilir. Əyilmiş hissə mərkəzi və yan kəsicilərin kökləri səviyyəsində yerləşməlidir. İkiqat
məftildən olan klammer cismi köpək dişin kökünə toxunmamaq üçün yüngülcə əyilir. Klammerin
çıxıntısının əyilmiş ucları od üzərində qızdırılır, mum süni dişətinin yuxarı hissəsinin ön kənarına daxil
edilir. Qızdırılmış mumdan klammer ilgəyi qoyulan şar formalaşdırılır, mumun daxilində oturdulur,
dairə və ya oval formalı pelot modelləşdirilir. Mum plastmasla bazislə birlikdə əvəz olunur.
Çıxan protezlər ağız boşluğunda, müxtəlif variantda hazırlanmış klammerlərlə fiksasiya olunur.
Dayaq elementləri (protezin) təbii dişlərə, ya da onların köklərinə, son zamanlar isə implantlara
fiksasiya olunur.
Bu elementlərdən biri - attaçmentlərdir (qıfıllar və şarnirlər). Attaçmentlər protezi ağız
boşluğunda çox estetik fiksə edir.
Bütün attaçmentlər-2 qrupa bölünür:
1. intradental
2. bnedental.
Konstruksiyaya görə bölünür:
1. bərk sferik attaçment
2. yarımlabil attaçment
3. labil sferik attaçment
Birinci qrupa daxil olan ataçmentlər, ya hissəvi olaraq dişin tac hissəsində, ya da təbii dişlərin
kökündə yerləşir.
Hər bir attaçment iki əsas hissədən ibarətdir.
Patrisa (daxili) və matrisa (xarici).
Bu növ protezlər əsasən, birtərəfli çox da böyük olmayan nöqsanlar zamanı hazırlanır və
protezlər yəhərəbəzər hissədən, süni damaqdan və süni dişlərdən ibarət olur. Fiksasiya elementi kimi
də ataçmentlərdən və ya klammerlərdən istifadə olunur.
Çıxan protezləri (körpüyəbənzər) ağız boşluğuna müxtəlif konstruksiyalı attaçmentlərlə fiksasiya
etmək olar, (Rigel attaçmentləri) bu formada attaçmenin bir hissəsi kimi dayaq dişinə, ikinci hissəsi isə
protez cisminə birləşdirilir. Attaçmentin ikinci hissəsini dayaq dişinə fiksə etmək üçün onun üzərini ya
qapaq, ya da yarım qapaqla örtürlər.
Protezin hazırlanma ardıcıllığı belədir:
1. Dayaq dişinə ya qapaq, ya da yarımqapaq, taxma hazırlanır.
2. Mum yastıqla dişlərin mərkəzi okklüziyası təyin olunur, sonra isə dayaq dişinə yerləşdirilmiş
protez elementləri ilə birlikdə ölçü alınır.
3. Sonra qapaq, yarımqapaq və taxmalar ölçüyə yerləşdirilir, model tökülür və artikulyatora
gipslənir.
4. Paralelometriyanın köməyi ilə zamoklar modelə yerləşdirilir.
5. Attaçmentin protez cisminə daxil olan hissəsi çıxarılır, qalan hissəsi isə qapaq, yarımqapaq və
ya taxma lehimlənir.
6. Süni dişlərlə protez cismi hazırlanır.
7. Lehimlənmiş hissələr modeldə yerləşdirilir və zamoklar əmələ gəlir.
8. Çıxmayan hissələr ağız boşluğunda sementləmədən əvvəl protez konstruksiyası yoxlanılır.
Qapaqların, yarımqapaqların və taxmaların zamokları 2 metodla: düz və tərs metodla hazırlanır.