Üz-ön dişlər-diş cərgəsi
Yan dişlər iri qabarlı, dərin fissurlu olduqda onları anatoform adlandırırlar. Lakin belə qabarlar
tez sürtülür, protezin düşməsinə və alveol çıxıntının atrofiyasına səbəb olur. Fer tərəfindən sagital
istiqamətdə qabarları olan dişləri təklif edərək, onları rasional dişlər adlandırmışdır. Hildebrant
qabarları transversal istiqamətdə yönəlmiş dişlər təklif edir, onları teleform adlandırır. Napadov və
Sapojnikov isə sferik müstəvili, blokadaedici nöqtələri olmayan dişlər hazırlamışlar.
|