Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə37/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 20 

 

MÖVZU  12.



 

Gizi artikulyatorunda  M.E.Vasilyevə  görə dişlərin  anatomik düzülüşü. 

 

Süni  dişlərin  anatomik  düzülüşü  fərdi  artikulyatorda  çətin  başa  gəlir.  Birincisi  ağızdaxili  və 



ağızxarici metodlar oynaq hərəkətlərinin dəqiq əksini verə bilmir. İkincisi bu hərəkətlərin artikulyatora 

köçürülməsi çətin işdir. 

Gizi  tərəfindən  oynaq  və  kəsici  diş  hərəkətlərinin  orta  bucağını  əks  etdirən  artikulyator  təklif 

olunmuşdur. 

Modellərin artikulyatorda Vasilyev cihazının köməyilə gipslənməsindən sonra yuxarı okklüzion 

yastıqda  şüşə  bərkidilir.  Şüşə  diş  qövsünün  ovalına  uyğun  gəlməli  və  mərkəzi  horizontal ştift  üçün 

kəsiyi olmalıdır.  

Şüşənin aşağı çənə modelinə keçirilməsi üçün model üzərində uzunluğu  diş cərgəsi uzunluqda 

olan mum yastıq bərkidilir. Yastığın xarici divarı alveol darağının mərkəzi səviyyəsində kəsilir, mum 

hələ  yumşaqkən  artikulyator  kəsici  diş  meydançasının  vertikal  ştiftinə  qədər  sıxılır.  Sonra  şüşə 

qızdırılmış mumla aşağı çənə modelinə daxili səthdən bərkidilir. Yuxarı çənə modelindən okklüzion 

yastıqlı  bazis  çıxarılır,  yenisi  ilə  əvəz  olunur  və  Gizinin  təklif  etdiyi  metodla  dişlərin  düzülüşünə 

başlanır. 

Yuxarı  mərkəzi  kəsicilər  hər  iki  tərəfdən  estetik  mərkəzi  xətt  boyunca  yerləşdirilir.  Dişlərin 

kəsici  kənarları  şüşəyə  toxunmalı  və  medial  tərəfə  doğru  bir  qədər  əyilməlidir.  Kəsici  dişlərin 

boyunları oral istiqamətdə yerləşir. Yan kəsicilər şüşənin səthindən 0,5 mm aralı azacıq medial tərəfə 

əyilməklə,  dişlərin  boynu  içəri  batırılmaqla  düzülür.  Köpək  dişi  kəsici  qabarla  şüşəyə  toxunur  və 

mərkəzi dişlərə nisbətən bir qədər vestibulyar tərəfə yerləşir. Mərkəzi kəsicilərin boynu gülüş xəttinin 

səviyyəsində  yan  kəsicilərin  boynu  gülüş  xəttindən  aşağı  köpək  dişlərin  boynu  isə  bir  qədər  yuxarı 

yerləşməlidir. Bütün ön dişlər yuxarı okklüzion yastığın vestibulyar konturuna uyğun olmalıdır. 

I premolyarın yanaq qabarı şüşəyə toxunur, damaq qabarı 1 mm aralı olur; II premolyar hər iki 

qabarı ilə şüşəyə toxunur, I molyar - ön-damaq qabarı ilə toxunur, qalan qabarlar (ön-yanaq-0,5 mm, 

arxa-yanaq-1,5 mm, arxa-damaq-1 mm) aralı olur. II molyar şüşəyə toxunmur, arxa qabarları hətta 2-

2,5 mm ondan aralı olur. 

Qabarların  belə  yerləşməsi  sagital  və  transversal  okklüzion  əyrilərini  yaradır  ki,  bu  da  aşağı 

çənənin  çeynəmə  hərəkətləri  zamanı  çoxsaylı  kontaktın  saxlanmasını  təmin  edir  və  protezin 

stabilizasiyası üçün şərait yaradır.  

Protezin təzyiq altında davamlılığı çeynəmə təzyiqinin diş oxu ətrafında alveol darağı  zirvəsinə 

ötürülməsi ilə də təmin olunur. 

Yuxarı  çənədə ön  qrup  dişlər  elə  yerləşir  ki,  onların  qalınlığının  2/3-si  boyunətrafı  nahiyədə 

aşağı darağı mərkəzindən öndə, 1/3-i isə arxada qalsın. Yaxşı anatomik vəziyyət olduqda, estetikanın 

tələblərinə  uyğun  ön  dişlərin  bir  qədər  yerini  dəyişmək  olar.  Yuxarı  çənə  modelində  bütün  dişlər 

düzüldükdən sonra diş qövsü yarım ellips formasını alır. 

Yuxarı dişlərin düzülməsindən sonra aşağı mum yastığında şüşə çıxarılır və dişlərin düzülməsinə 

başlanır. 

Mərkəzi  və  yan  kəsicilər  paralel  olaraq  düzülür,  mərkəzi  kəsicilərin  kəsici  kənarları  yan 

kəsicilərdən  bir  qədər  aşağı  yerləşir.  Köpək  dişinin  kəsici  kənarı  orta  xəttə  doğru  əyilir,  öz  oxu 

ətrafında elə fırladılır ki, dodaq səthinin ön hissəsi ovala uyğun olsun, arxa hissəsi isə çeynəmə dişləri 

xəttinin  başlanğıcı  olsun.  Premolyar  və  molyarlar  düzülüşündə  fissur-qabar  kontaktı  yaradılmalıdır. 

Nəticədə aşağı diş qövsü parabola formasını alır. 

Aşağı dişlərin düzülüşünə II premolyarlardan başlanır, çünki bu dişlərin çeynəmə səthində, hətta 

2-3 mm dəqiqliklə, çeynəmə hərəkətlərinin amplitudasını artikulyatorda qurmaq mümkündür. Sonra  I 

və II molyarlar, I premolyarlar qoyulur. Yan  qrup dişlərin düzülməsindən sonra ön dişlər düzülür. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin