Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə35/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 18 

 

Plastmas  süni  dişlər  ən  çox  istifadə  olunan  dişlər  olub,  ucuzluğu,  sadəliyi  ilə  seçilir.  Lakin 



onların  tez  yeyilməsi  nəticəsində  dişləmin  alçalması  gicgah-çənə  oynağında  artoz  və  artritlərin 

yaranması ilə nəticələnir, Koster sindromu yaranır. 

Süni dişlər seçilərək, gips modeldə onların düzülməsinə hazırlanır. Bunun üçün sərhədləri protez 

sərhəddindən  enli  olan  mum  bazis  düzəldilir.  Elə  etmək  lazımdır  ki,  mum  bazis  protez  yatağını 

pozmadan modelə yapışsın. Mum bazis məftil qövslə möhkəmləndirilir, əridilmiş mumla qalınlığı 3-4 

mm olan mum yastıq bazisə bərkidilir. Diqqət etmək lazımdır ki, yastığın kənarı alveol darağının ortası 

səviyyəsində  yerləşsin.  Mum  bazisə  hissəvi  çıxan  protezləmədə  klammerlər  qoyulub,  dişlərin 

düzülməsinə başlanır. 

Dişlərin düzülməsinə ön dişlərdən başlanır. Alveol çıxıntı yaxşı ifadə olunmuşdursa, dişlər bir 

qədər yonulub alveol çıxıntıya elə oturdulur ki, təbii diş təəssüratı yaradılsın. Belə düzülüş nöqtəvi 

adlanır. Dişətinə yuxarı çənənin I premolyarları kip oturdula bilər. Bu düzülüş estetik tələblərə cavab 

verir.  Alveol  çıxıntının  atrofiyası  və  ya  qüsuru  zamanı  ön  dişlər  süni  diş  ətinə  qoyulur.  Süni  dişə 

əvvəlcə  lazımi  en  verilib  dişətinə  oturdulur,  sonda  dişləmin  hündürlüyünün  pozulmaması  üçün 

antoqanistlərlə yoxlanır. Süni diş böyük olduqda şlifmotorda karborund daşlarla, almaz  dairələrlə və 

burğac maşınında müxtəlif başlıqlarla yonulur. Şlifmotorla işləyərkən diş, baş və göstərici barmaqlarla 

(iki  əllə)  tutulur  ki,  işlənən  səth  yaxşı  görünsün.  Diş  texniki  qızdırılmış  şpatellə  mum  yastıq 

yumşaldılır, ona növbə ilə mərkəzi və yan kəsicilər, köpək dişləri bərkidilir. 

Süni çeynəmə dişlərinin çeynəmə səthi antoqonistlərə uyğun yonulub süni dişətinə yerləşdirilir. 

Çeynəmə dişlərinin qabarları antoqonistlərdəki dərinliklərlə uyğun gəlməlidir. 

Çini  dişlər  daha  ehtiyatla  düzülməlidir.  Onlar  sıxılmadan  yavaş-yavaş  yonulmalıdır.  Hər 

yonulmuş diş alveol çıxıntının mərkəzi boyunca mum yastığına yapışdırılır. 

Dişlərin  düzülməsindən  və  antoqonistlərlə  yoxlanılmasından  sonra  dişlərin  arasından  mumun 

artıqları  götürülür,  dişlər  boyun  nahiyəsində  təmizlənir,  mum  bazis  və  süni  dişəti  modelləşdirilir. 

Modelləşdirilmiş  bazis  dişlər  və  klammerlərlə  birlikdə  model  üzərindən  asan  çıxarılmalıdır.  Bu 

vəziyyətdə mum kompozisiya okklüdatorla birgə həkimə yoxlanmağa  verilir. Yoxlamadan sonra diş 

texniki  qaynar  mumla  mum  kompozisiyanı  modelə  yapışdırır.  Qeyri-bərabər  qalınlıq  zamanı  mum 

bazis  qızdırılmış  şpatellə  bütün  süni  dişlər  boyunca  kəsilir,  mum  damaq  lövhəciyi  məftillə  birlikdə 

çıxarılır və yenisi ilə əvəz olunur, sonra dişlərin vestibulyar səthi mumdan təmizlənir və bazis son dəfə 

modelləşdirilir.  Aşağı  çənədə  mum  bazis  lövhəciyi  dəyişdirilmir,  məftil  çıxarılır  və  son 

modelləşdirilmə aparılır. Aşağı çənə protezi möhkəmlik üçün üst çənədən 1 mm qalın olmalı və 2,0-

2,5 mm olmalıdır. 

Ortoqnatik,  progenik,  proqnatik  və  qarışıq  okklüzion  münasibətlər  nəzərə  alınaraq  dişlərin 

düzülməsində bir qədər fərqlər olur.  

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin