Gizli klammerin hazırlanma texnikası.
Gizli klammer estetik tələblərə cavab verir və çeynəmə təzyiqinin bir hissəsini dayaq dişlərinə
ötürür. Klammer paslanmayan poladdan və ya qızıl-platin ərintisindən hazırlana bilər. Diş cərgəsi
qüsurunun yanında yerləşən dişlərə distal tərəfdən, hüdudlanmayan qüsurlarda isə mezial tərəfdən
qapaq hazırlanır. Qapaqlar ağız boşluğuna daxil edilir, çənədən ölçü alınır, gips model tökülür və
qapaqların yan səthinin mərkəzinə, diş cərgəsi qüsuruna yönəlmiş məftil yapışdırılır. Məftil qapağın
hazırlandığı materialdan olub, mumla vertikal olaraq yapışdırılmalıdır. Məftillərin paralelliyi
paralelometrdə yoxlanır, qapaqlara elə lehimlənir ki, məftilin yuxarı kənarları ilə qapaq arasında gizli
klammer üçün sərbəst yer qalsın, məftilin aşağı kənarı dişətinə çatmasın. Kəlbətinlə yarımdairə
şəklində açıq ucu önə doğru, çiyni qapaqla vertikal məftil arasında kip oturan klammer əyilir. Sonra
süni dişdə klammer üçün xüsusi yer açılır, klammer görünmədiyi üçün gizli adlanır.
Dostları ilə paylaş: |