Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
12
MÖVZU 8.
Çıxan protezlərin fiksasiya prinsipləri. Anatomik retensiya.
Dişsiz çənələrdə, əsasən aşağı çənədə protezin fiksasiyaedici və stabilizasiyası çox böyük
çətinliklərlə üzləşir. Bu zaman bir neçə metoddan istifadə olunur.
1. Mexaniki
2. Biomexaniki
3. Fiziki
4. Biofiziki
Mexaniki metod protezlər arasında spiral yaylar (hazırda istifadə olunmur), alveol çıxıntının
hündürlüyünün artırılması, plastmas və metal karkasdan ibarətdir.
Biomexaniki metod anatomik törəmələrin molyararxası, dilaltı sahədəki-protezin fiksasiyası
üçün nəzərə alınıb istifadə olunmasına əsaslanır.
Fiziki metodlar daha mühüm hesab olunur. Bunlar adgeziya - iki müxtəlif cinsli səthin
yapışması, kodeziya - iki fiziki cismin molekularası təsir nəticəsinə birləşməsidir. Protez çənəyə dəqiq
oturdulan zaman onunla protez sahəsi selikli qişası arasında nazik ağız suyu qatı qalır, protez adgeziya
və kodeziya nəticəsində möhkəm fiksasiya olunur. Fiziki metodlara eləcə də atmosfer təzyiqi fərqinin
istifadəsi də aiddir.
Biofiziki metod hal-hazırda əsas götürülür, çünki bu metod fizika qanunlarına əsaslanır, canlı
toxumalar isə neytral zona əmələ gətirir. Protez bazisinin yarımhərəkətli selikli qişaya söykənməsi
protezin altına hava keçməsinə imkan vermir. Neytral zonanın selikli qişası hərəkətli olduğu üçün o,
protez altında davamlı mənfi təzyiqi, fiksasiya, sakitlik halında və funksiya zamanı protezin müəyyən
stabilizasiyasını təmin edir. Bu metod başqa sözlə funksional adlanır.
Protezin tam stabilizasiyası, yəni qidanın çeynənməsi, dişlənməsi zamanı protezin davamlılığı
əsasən diş cərgələrinin düzgün konstruksiyasından asılıdır.
|